Pomidor məhsulu yetişdirilən istixanalarda fitosanitar monitorinqlər davam etdirilir
7 Oktyabr 2021 10:55
![Pomidor məhsulu yetişdirilən istixanalarda fitosanitar monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize649/center/pages/4752/16824837455577.jpg)
![Pomidor məhsulu yetişdirilən istixanalarda fitosanitar monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize649/center/pages/4752/16824837455578.jpg)
![Pomidor məhsulu yetişdirilən istixanalarda fitosanitar monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize649/center/pages/4752/16824837455579.jpg)
![Pomidor məhsulu yetişdirilən istixanalarda fitosanitar monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize649/center/pages/4752/16824837455577.jpg)
![Pomidor məhsulu yetişdirilən istixanalarda fitosanitar monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize649/center/pages/4752/16824837455578.jpg)
![Pomidor məhsulu yetişdirilən istixanalarda fitosanitar monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize649/center/pages/4752/16824837455579.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Belə ki, Agentliyin fitosanitar müfəttişləri tərəfindən Xaçmaz regional bölməsinin inzibati ərazi vahidinə daxil olan rayonlarda yerləşən pomidor istixanalarında zərərli orqanizmlərin aşkar edilməsi və onlara qarşı mübarizə tədbirlərinin aparılması məqsədilə keçirilən monitorinqlər zamanı bitkilərin becərilməsi, həmçinin təhlükəsizlik qaydalarına əməl olunması barədə sahibkarlara müvafiq tövsiyələr verilib.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)