Prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinin stendi ilə tanış olub
16 May 2018 16:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Bakı Ekspo Mərkəzində 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “World Food Azerbaijan 2018”, 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2018” və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian 2018” sərgiləri ilə tanış olub.
Agentliyin sədri Qoşqar Təhməzli Prezident İlham Əliyevə görülən işlər haqqında məlumat verib.
Oxşar xəbərlər

Lənkəranda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlandı
Lənkəran rayonunda yerləşən, Rəhmanov Zəka Bilal oğluna məxsus ”Cənnət-Xıl” restoranında AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, obyektin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, qida məhsullarının saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi, qida məhsulları hazırlanan sahədə döşəmə, tavan və divar səthlərinin təmirsiz olduğu, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

Xurmanın faydaları
Xurma həm dadlı, həm də çox faydalı bir meyvədir. Bu şirin meyvə Ramazan ayında oruc tutanlar üçün əvəzolunmaz qidalardan sayılır. Yüksək qida dəyərinə malik olduğu üçün orqanizmin aclığa olan müqavimətini artırır və bədənin enerji səviyyəsini yüksək saxlamağa kömək edir. Bir ədəd quru xurmada 20-28 kkalori (kilokalori) var. Tərkibi vitamin, mineral, meyvə şəkəri, zülal, karbohidrat və lif baxımından olduqca zəngindir. Xurmanı sadəcə Ramazan ayında deyil, mütəmadi olaraq, qəbul etmək məsləhətdir. Xurma qida dəyəri baxımından çox faydalı olsa da, tərkibində yüksək miqdarda təbii şəkər var. Əgər şəkər xəstəsi və ya artıq çəki problemi olan bir şəxs xurma yemək istəyirsə, həkimin tövsiyə etdiyi miqdarda və balanslı qidalanma çərçivəsində qəbul etməlidir. Xurma alarkən onun xarici görünüşünə diqqət yetirmək lazımdır. Xurmanın üzərində zədə və kif əlamətləri olmamalıdır. Qablaşdırılmış halda satılan xurmanı alarkən buraxılış və son istifadə tarixinə mütləq nəzər yetirmək lazımdır. Yaxşı yetişmiş xurma tünd qəhvəyi rəngli, mat, ləkəsiz, yumşaq, çəyirdəkli olmalıdır. Xurma istiyə və günəş şüasına birbaşa məruz qalmadan, sərin səraitdə və ya soyuducuda saxlanmalıdır. Xurmanı yeməzdən əvvəl mütləq yumaq lazımdır.