Prezident İlham Əliyevin sərəncamı ilə Qida Təhlükəsizliyi Agentliyinin bir qrup əməkdaşı təltif edilib
22 İyun 2022 18:09
22 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Qida Təhlükəsizliyi Agentliyinin bir qrup əməkdaşı da “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub:
1. Cəbrayılov Elşad Mehman oğlu
2. Cavadov Natiq Eldar oğlu
3. Qaffarzadə Pərviz Mahir oğlu
4. Zeynalov Vüqar Əliağa oğlu
5. Vəliyev İqbal Yusif oğlu
Oxşar xəbərlər
AQTİ əməkdaşı Ankarada keçirilən beynəlxalq tədbirdə iştirak edib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşəbbüsü və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş idarəsinin (TAGEM) təşkilatçılığı ilə Ankara şəhərində “Mərkəzi Asiya və Qafqazda bitki sağlamlığı mövzusu da daxil olmaqla tətbiqi kənd təsərrüfatı tədqiqatları və innovasiyalar üçün platformanın işlənib hazırlanması” adlı layihənin yekun seminarı keçirilib. 2024-cü il 28-29 noyabr tarixlərində baş tutan beynəlxalq seminarda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutun Elmi Araşdırmalar Mərkəzinin Bitki sağlamlığı və risklərin qiymətləndirilməsi şöbəsinin müdiri Eldar Mustafayev iştirak edib. Seminarda ölkəmizlə yanaşı, Türkiyə, Moldova, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan respublikalarının elm adamları və mütəxəssisləri də iştirak ediblər. Tədbir çərçivəsində təsbit olunan razılaşmaya dair iş planında regionda bitki sağlamlığı sahəsi üzrə prioritetlərin, kənd təsərrüfatı tədqiqatlarının tələblərinin müəyyən edilməsi, Mərkəzi Asiya və Cənubi Qafqaz regionu ölkələri üçün aqrar tədqiqatlar sahəsində əməkdaşlığın layihə strukturu və platformasının işlənib hazırlanması kimi məsələlər müzakirə olunub. Region ölkələrinin bitki sağlamlığı sahəsində araşdırma potensialı nəzərdən keçirilib, həmçinin qarşılıqlı əməkdaşlıq və sahə üzrə prioritetlər müəyyənləşdirilib. Daha sonra birgə icra üçün niyyət məktubu və texniki tapşırıq sənədi hazırlanıb.
Quş qripi xəstəliyi ilə bağlı bəzi ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Nepal Federativ Demokratik Respublikasının Şərq, Qandaki, Madheş əyalətlərində, Kanadanın Manitoba, Nyu-Brunsvik, Şahzadə Eduard Adası, Nyufaundlend-Labrador əyalətlərində, Şotlandiyanın Şetland, Eilean-Siar, Pert və Kinross, Anqus, Damfris-Qalloyey, Şərqi Ayrşir, Fafe, Haylənd, Na-h-Elanan-Şiar inzibati ərazi vahidlərində, İngiltərənin Şərqi İngiltərə, Cənub-Şərqi İngiltərə, Qərbi Midland, Şimal-Qərbi İngiltərə, Şimal-Şərqi İngiltərə regionlarında, İtaliya Respublikasının Toskana regionunda, Uelsin Anqlesey, Pouis inzibati ərazi vahidlərində, Amerika Birləşmiş Ştatlarının Kolorado, Florida, Minnesota ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə adıçəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
AQTİ-nin mütəxəssisləri Estoniya və Latviyada fəaliyyət göstərən qida müəssisələrində qiymətləndirmə aparıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) respublikamıza qida məhsulları idxal olunan xarici ölkələrdə fəaliyyət göstərən obyektlərin yerində və onlayn qiymətləndirilməsini davam etdirir. Proses çərçivəsində İnstitutun əməkdaşları Estoniya Respublikasının dondurulmuş balıq və balıq hissələri istehsal olunan "Geirom OÜ" və Latviya Respublikasının yem əlavələri istehsal edilən "Farma Pet Gigi" LTD müəssisələrində yerində qiymətləndirmə fəaliyyəti həyata keçirib. Qiymətləndirmə zamanı adıçəkilən müəssisələrin ixrac potensialı, gigiyenik vəziyyəti, qida təhlükəsizliyi üzrə tələblərin qarşılanma səviyyəsi, məhsulların izlənəbilmə sistemlərinin mövcudluğu və digər məqamlar nəzərdən keçirilib, təhlil aparılıb. Qida təhlükəsizliyi baxımından müvafiq tələblərə əməl olunduğu üçün həmin müəssisələrin fəaliyyəti məqbul hesab edilib və nəticələr baxılmaq üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) təqdim olunub. AQTA tərəfindən nəticələr təhlil edildikdən sonra həmin müəssisəsilər təsdiqlənib və “Xarici ölkələrdən Azərbaycan Respublikasına ixrac həyata keçirən qida obyektlərinin təsdiqi reyestri”nə daxil edilib. Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, respublikamıza qida məhsulları idxal olunan xarici ölkələrdə fəaliyyət göstərən obyektlərin təsdiq edilməsi yerində və ya onlayn qiymətləndirilmə formatında həyata keçirilir. Müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq olunmamış xarici qida müəssisələrindən ölkəmizə məhsulların gətirilməsi qadağandır.