Qablaşdırılmış içməli su emalı müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
3 May 2024 17:19
Daxil olan vətəndaş müraciəti əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən “Məray su” əmtəə nişanlı qablaşdırılmış içməli su emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, məhsulların qanunvericiliyə uyğun markalanmadığı, qablaşdırma materiallarının yuyulub dezinfeksiya edilməsi üçün ayrıca yuma sahəsinin mövcud olmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, emal sahəsində temperatura nəzarətin aparılmadığı, tavan və divarların tamlığının pozulduğu, məhsulların nəqliyyat vasitələrinə yüklənərək daşınmasının birbaşa dolum sahəsindən həyata keçirildiyi məlum olub. Eyni zamanda mütəmadi təmizlik işlərinin aparılmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı müəyyən olunub. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnsitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələrin nəticələrinə əsasən, nümunələrin normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunaraq qablaşdırılmış içməli suyun istehsalı dayandırılıb.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş