Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər davam edir
25 Noyabr 2021 11:43
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Həyata keçirilən monitorinqlər zamanı Abşeron rayonu, Masazır qəs., Qurtuluş-93 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Novruzov Kamil Tofiq oğluna məxsus heyvan kəsimi və ət satışı məntəqəsinə baxış keçirilib. Baxış zamanı məntəqədə antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin və baytarlıq ekspertizası aparılmadan ət satışının həyata keçirildiyi müəyyən olunub. Aşkar edilmiş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər
AQTA sədri süd və süd məhsullarının emalı zavodunda olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli avqust ayının 14-də Kürdəmir rayonunda yerləşən “Azərsüd” MMC-nin fəaliyyəti ilə tanış olub. AQTA sədri müəssisədə südün qəbulu və emalı proseslərini izləyib, laboratoriyaya, həmçinin “Azərsüd” əmtəə nişanlı süd və kərə yağı istehsalı sahələrinə baxış keçirib. Müəssisə rəhbərliyi tərəfindən istehsal sahələrində həyata keçirilən işlər, istehsal proseslərinin təşkili, tətbiq olunan texnologiyalar və qida təhlükəsizliyi tələblərinin təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.
Heyvan kəsimi məntəqələrində hansı tələblərə əməl olunmalıdır?
Heyvan mənşəli qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi üçün heyvan kəsimi yalnız baytarlıq-sanitariya və qida təhlükəsizliyi tələblərinə cavab verən kəsim məntəqələrində həyata keçirilməlidir. Kəsim məntəqələrində istehsal prosesinin təhlükəsiz və gigiyenik şəkildə təşkili üçün “çirkli” və “təmiz” zonalar ayrılmalı, heyvanların kəsimdən əvvəl saxlanılması, kəsim, ətin emalı, qablaşdırılması və soyudulması üçün zəruri sahələrin olması vacibdir.
AQTA bitki yağı və palma yağı idxalçılarına xəbərdarlıq edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müxtəlif ölkələrdən idxal olunan bitki və palma yağlarının təhlükəsizlik göstəriciləri üzrə gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir. Nəzarət tədbirləri çərçivəsində bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkar edilib. Laborator müayinələr nəticəsində təqdim olunan yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi– 3-MCPD (3-monoxlorpropan1,2-diol) aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş