Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər davam edir
6 Yanvar 2022 14:30
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentlik müfəttişlərinin yerli icra orqanlarının əməkdaşları ilə birgə keçirdiyi reydlər zamanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Buzovna yolunda fiziki şəxslər Babayev Emin Sahib oğlu, Əliyev Namiq Əlverdi oğluna; Maştağa qəsəbəsi, H. Heybətov küçəsində Abbasov Elmir Ədalət oğluna; Maştağa qəsəbəsi, Maştağa-Nardaran yolunda fiziki şəxslər Qasımov Ceyhun Fərhad oğlu, Qədirov Niyaməddin Möhlət oğluna; Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Binəqədi şosesində fiziki şəxslər Cəfərov Şərif Əli oğlu, Şirinov Sahil Ayaz oğlu, Əliyev Rəşad Qadir oğluna; Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi ilə Məşədi Adil küçəsinin kəsişməsində fiziki şəxs Rüstəmov Ramil Rüstəm oğluna; Kürdəxanı qəsəbəsi, Tofiq Tağızadə küçəsində Əliyev Qədir Nahid oğluna; Pirşağı qəsəbəsi, Qızılqum ünvanında Həsənov Şükür Ələkbər oğluna; Pirşağı qəsəbəsi, Qurtuluş küçəsində fiziki şəxslər Baloğlanov Kamal Arzuman oğlu, Məlikov Hüseyn Balabəy oğluna məxsus məntəqələrdə qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib. Aşkar edilmiş faktlarla bağlı məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş