Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər davam edir
28 Fevral 2022 13:08
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilən reydlər zamanı Bakı şəhəri, Binəqədi rayonu, Gülməmməd Ramazanov küçəsində fiziki şəxslər Tağıyev Mahir Balaəmi oğluna, Cəfərov Yavər Məmməd oğluna, Hüseynov Eldəniz Musa oğluna, Kərimov Etibar İsmayıl oğluna, Əhmədov Güloğlan Adışirin oğluna, Cəfərov Fərid İsmət oğluna; Binəqədi qəsəbəsi, 3-cü Mədən küç., 120-ci korpus, ev 5 ünvanında fiziki şəxs Təhməzov Elbrus Fazil oğluna; Binəqədi rayonu, “Gülüstan” yaşayış massivində fiziki şəxs Rəncbərli Bəxtiyar İxtiyar oğluna; Binəqədi qəsəbəsi, Orxan Cabbarov küçəsində fiziki şəxs Rüstəmov Abbas Ədalət oğluna; Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində fiziki şəxs İsayev Ramin Ələkbər oğluna; Binəqədi qəsəbəsi “DSK yolu” adlanan küçədə fiziki şəxs Cəfərov Zöhrab Saleh oğluna; Binəqədi qəsəbəsi 1-ci Mədən küç., 44-cü korpus ünvanında fiziki şəxs Əliaslanov Emil Siracəddin oğluna; Binəqədi qəsəbəsi, Binəqədi-Mehdiabad dairəvi yolunda fiziki şəxslər Quliyev Famil Mürsəl oğluna, Əhmədov İlkin Tahir oğluna; Binəqədi qəsəbəsi, 1-ci Mədən küç., 9-cu korpus ünvanında Məmmədov Munis Məcid oğluna; Binəqədi qəsəbəsi, yeni yaşayış massivində Əliyev Elnur Heydər oğluna məxsus məntəqələrdə qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib. Faktla bağlı məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yeri icra orqanlarının nümayəndələri tərəfindən sökülüb.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş