Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
22 İyun 2021 10:38
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.
Əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.
Qeyd edək ki, aparılan müntəzəm yoxlama-nəzarət zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.
Belə ki, Bakı şəhərinin Sabunçu rayonu ərazisində keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
Həmin qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:
1. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pirşağı-Kürdəxanı yolunun sağ tərəfində yerləşən, fiziki şəxs Quliyev Elmxan Sərhəddin oğluna məxsus heyvan kəsimi məntəqəsi;
2. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pirşağı-Kürdəxanı yolunun sağ tərəfində yerləşən, fiziki şəxs Qafarov Pərviz Mircəfər oğluna məxsus heyvan kəsimi məntəqəsi;
3. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pirşağı yolunun sağ tərəfində yerləşən, fiziki şəxs Əliyev Əlifyar Fətəli oğluna məxsus heyvan kəsimi məntəqəsi;
4. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pirşağı yolunun sağ tərəfində yerləşən, fiziki şəxs Eminov Telman Əbülfəz oğluna məxsus heyvan kəsimi məntəqəsi;
5. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsidə yerləşən, fiziki şəxs Rüstəmov Ramin Rüstəm oğluna məxsus heyvan kəsimi məntəqəsi;
6. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsidə yerləşən, fiziki şəxs Ramazanov Azər Şamil oğluna məxsus heyvan kəsimi məntəqəsi;
7. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsidə yerləşən, fiziki şəxs Baloğlanov Kamal Ağazaman oğluna məxsus heyvan kəsimi məntəqəsi;
8. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsidə yerləşən, fiziki şəxs Əliyev Qurban Nəbiəli oğluna məxsus heyvan kəsimi məntəqəsi;
9. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən, fiziki şəxs Səfərov Tapdıq Rəsul oğluna məxsus heyvan kəsimi məntəqəsi;
10. Bakı şəhəri, Səbail rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən, fiziki şəxs Nəzərəliyev Rəşad İdris oğluna məxsus heyvan kəsimi məntəqəsi;
11. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Mayak küçəsində yerləşən, fiziki şəxs Sadıxov Ağa Rəhim oğluna məxsus heyvan kəsimi məntəqəsi.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş