Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
29 İyun 2021 10:50
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Ağdam rayonu, Mahrızlı kəndi ərazisində fəaliyyət göstərən, fiziki şəxs İmanov Emin Məhəmmədəli oğluna məxsus heyvan kəsimi məntəqəsində monitorinq keçirilib. Yoxlama zamanı məntəqənin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi, kəsimi və satışı həyata keçirilən ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, eyni zamanda müəssisədə sanitar-gigiyenik qaydalara riayət olunmadığı, çalışan işçilərin qoruyucu tibbi maskadan, müvafiq geyimdən istifadə etmədiyi və dövrü olaraq tibbi müayinədən keçmədiyi aşkar olunub. Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq heyvan kəsimi məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı müvafiq göstərişlər verilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər
Gəncədə qanunsuz heyvan kəsimi və ət satışı ilə bağlı monitorinq keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri Gəncə şəhər İcra hakimiyyəti və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə şəhər ərazisində qanunsuz heyvan kəsimi və ət satışı ilə bağlı monitorinq keçirib. Monitorinq zamanı Gəncə şəhəri, 4-cü mikrorayon ərazində baytarlıq nəzarəti olmadan, xüsusi ayrılmış yerlərdən kənarda heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkarlanıb. Yerli icra orqanlarının əməkdaşları tərəfindən dəmir konstruksiyalar sökülüb. Sahibkarla maarifləndirici söhbət aparılıb, pozuntulara yol verilməməsi barədə tapşırıqlar verilib.
Xankəndidə mağazada istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xankəndi şəhərində fəaliyyət göstərən, sahibkar Qasımov Mahir İsmayıl oğluna məxsus şərab satışı mağazasında yoxlama keçirib. Mağazada yararlılıq müddəti ötmüş qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb. Həmçinin sanitariya normaları və qaydalarının pozulduğu müəyyən edilib. Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və sahibkara icrası məcburi göstərişlər verilib.
“Fırınçı” kafesində yoxlama keçirilib
Vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində fəaliyyət göstərən, fiziki şəxs Firudunov Seyid Allahverdi oğluna məxsus “Fırınçı” kafesində yoxlama keçirib. İctimai iaşə obyektində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, mətbəxdə havalandırma sisteminin quraşdırılmadığı, işçi masaların yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, istifadə olunan suyun filtrdən keçirilmədiyi və digər tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı obyektin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş