Qanunsuz heyvan kəsiminin qarşısı alınır
2 Avqust 2023 14:55
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
1 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Masallı rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 11 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
|
Nuruyev Bəxtiyar Həsən oğlu |
Xəzər rayonu, Şağan qəsəbəsi, N.Məmmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
İsfəndiyarlı Akif Ramil oğlu |
Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsi 4 |
İnzibati protokol tərtib edilib |
|
|
Rüstəmov Ehtiram Şahmar oğlu |
Yasamal rayonu, 2-ci Alatava, ev 28/10 |
İnzibati protokol tərtib edilib |
|
|
Nəsibov Ramiz Məhəmməd oğlu |
Yasamal rayonu, 2-ci Alatava |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədov Mirzə Süleyman oğlu |
Yasamal rayonu, Ş.M.Xiyabani küçəsi 95 |
İnzibati protokol tərtib edilib |
|
|
Alyarov İsrail Kamran oğlu |
Yasamal rayonu, Ə.Əhmədov küçəsi 77 |
İnzibati protokol tərtib edilib |
|
|
Qədmalıyev Səfəralı Çərkəz oğlu |
Yasamal rayonu, Ə.Əhmədov küçəsi 43 |
İnzibati protokol tərtib edilib |
|
Abşeron rayonu üzrə |
|||
|
|
Məmmədov Tural Elbrus oğlu |
Masazır qəsəbəsi, H.Z.Tağıyev küçəsi 93 |
İnzibati protokol tərtib edilib |
|
|
Əkbərov Etibar Əkbər oğlu |
Masazır qəsəbəsi, H.Z.Tağıyev küçəsi 31 |
İnzibati protokol tərtib edilib |
|
|
Qənimətzadə Ceyhun Rövşən oğlu |
Masazır qəsəbəsi, H.Z.Tağıyev küçəsi 28 |
İnzibati protokol tərtib edilib |
|
Masallı rayonu üzrə |
|||
|
|
İbadov Kamran Bahaddin oğlu |
20 Yanvar küçəsi, “Köhnə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Tədbirlər zamanı Həmzəyev Kamil Rüstəm oğlunun yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozularaq antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin təşkil edildiyi müəyyən olunub. Baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri davam edir - İCMAL
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən yoxlama-nəzarət tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir. Keçirilən plandankənar yoxlamalar zamanı Bakı, Lənkəran şəhərlərində və Tərtər rayonunda fəaliyyət göstərən qida və iaşə obyektlərində sanitar-texniki və sanitar-gigiyenik tələblərə əsasən, insan sağlamlığının qorunması, yoluxucu xəstəliklərin və qida mənşəli risklərin qarşısının alınması məqsədilə avadanlıqlara, istehsal proseslərinə, işçilərə dair müəyyən edilmiş normalara əməl edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülərək, nöqsanlar aradan qaldırılanadək məhdudiyyətlər tətbiq edilib.
Bakıda bir sıra şadlıq saraylarında nöqsanlar aşkarlanıb - VİDEO
Cari ilin yanvar–noyabr ayları ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirilib. Aparılan nəzarət tədbirləri zamanı 6 şadlıq sarayında yoxlama nəticəsi qənaətbəxş olub, 41 şadlıq sarayında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib. Belə ki, bir sıra obyektdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka təqdim edildiyi, toy mərasimlərində verilən ət məhsulları ilə yoxlamaya təqdim olunan müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi və digər nöqsanlar aşkarlanıb. Eyni zamanda, “Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall” və “Sarı Gəlin” şadlıq saraylarında, həmçinin Stolovaya №8 iaşə müəssisələrində alınmış baytarlıq sənədlərinə əsasən istehlakçılara camış əti təqdim edildiyi halda, menyuda bununla bağlı heç bir qeydin aparılmadığı müəyyən olunub. Əlavə olaraq 4 şadlıq sarayında (Çıraq Palace, Meridian Luks, Mirana və İnci şadlıq sarayları) istehlakçılara süni kürü təqdim edildiyi halda, bununla bağlı menyuda müvafiq qeydlərin aparılmadığı da aşkarlanıb. Uyğunsuzluqlarla bağlı inzibati protokollar tərtib edilib, ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəzarət tədbirləri davam etdirilir. LİNK:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş