Qanunsuz heyvan kəsiminin qarşısı alınır
15 Avqust 2023 17:57
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
14 avqust tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Gədəbəy rayonunda fəaliyyət göstərən 7 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla bağlı 7 inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
|
Həsənov Ruslan Rizvan oğlu |
Nizami rayonu, Ə.Vəliyev küçəsi 93 |
İnzibati protokol tərtib edilib |
|
Əliyev Rövşən Əhliman oğlu |
Nizami rayonu, R.Teymurov küçəsi 21 |
İnzibati protokol tərtib edilib |
|
İbrahimov Camal Kamal oğlu |
Xətai rayonu, 823-cü keçid |
İnzibati protokol tərtib edilib |
|
Quliyev Samir Fazil oğlu |
Xətai rayonu, Zığ yolu 22 |
İnzibati protokol tərtib edilib |
|
Həsənov Habil Zakir oğlu |
Xətai rayonu, Zığ yolu, |
İnzibati protokol tərtib edilib |
Gədəbəy rayonu üzrə |
|||
|
Məmmədov Arzu Teymur oğlu |
Gədəbəy şəhəri |
İnzibati protokol tərtib edilib |
|
Quluyev Şakir Əli oğlu |
Slavyanka kəndi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər
Lənkəranda fəaliyyət göstərən mağazada istehlaka yararsız məhsullar aşkarlanıb
Lənkəran rayonu, Lənkəran şəhəri, M.Mustafaxan küçəsi 20B ünvanında fəaliyyət göstərən, Baxşızadə Elnur Şahin oğluna məxsus “ZZ Şərab №1” mağazasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş planlı yoxlama zamanı istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı içki və qida məhsulu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək istehlaka yararsız ümumilikdə 60.5 litr içki və 1.4 kq qida məhsulunun satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.
Xətai rayonunda fəaliyyət göstərən dönərxanada nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 178A ünvanında yerləşən fiziki şəxs Salmanov Azər Yolçu oğluna məxsus “Ləziz” dönərxanasında planlı yoxlama həyata keçirilib.
Nizami rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində saxta alkoqollu içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 2404 ünvanında fəaliyyət göstərən “Beer Muxtar By Ares Pub Restaurant” MMC-yə məxsus “Beer Muxtar” ictimai iaşə obyektində plandankənar yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektində aşkar saxtalaşdırılma əlamətləri olan 11 ədəd 0.5 litrlik, 2 ədəd 1 litrlik “Absolute” əmtəə nişanlı və 3 ədəd 0.7 litrlik, 1 ədəd 0.5 litrlik “Finlandia” əmtəə nişanlı araq, 7 ədəd 1 litrlik “Jameson” əmtəə nişanlı viski aşkarlanıb. Belə ki, içkilərin bir qismində qablaşdırılmada istifadə olunan falqanın ikinci dəfə kustar üsulla yapışdırıldığı müəyyən edilib. Qeyd olunan alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və sair) yoxlamaya təqdim edilməyib. Bununla da, sözügedən məhsulların normativ sənədlərin tələblərinə uyğun olmadığı məlum olub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Keyfiyyət və təhlükəsizlik göstəricilərinə əsaslı şübhələr yaradan alkoqollu içkilərin satışı dayandırılıb və laborator müayinələrin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.