Qanunsuz heyvan kəsiminin qarşısı alınır
16 Avqust 2023 17:33

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
15 avqust tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Lənkəran, Masallı, Göyçay rayonlarında fəaliyyət göstərən 12 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 12 inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
|
Hacıyev İdeal Asif oğlu |
Nizami rayonu, Özbəkistan küçəsi 26 |
İnzibati protokol tərtib edilib |
|
Köçəriyev Fəxrəddin Fazil oğlu |
Nizami rayonu, K.Balakişiyev küçəsi 26A |
İnzibati protokol tərtib edilib |
|
Mehdiyev Alim Şakir oğlu |
Nizami rayonu, Nəsimi küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Əliyev Fariz Mahir oğlu |
Nizami rayonu, R.Teymurov küçəsi 87 |
İnzibati protokol tərtib edilib |
|
Nəsirov İlqar Yusif oğlu |
Xətai rayonu, S.Ə.Şirvani küçəsi 2B |
İnzibati protokol tərtib edilib |
|
Mehdiyev Xaliq Baloğlan oğlu |
Xətai rayonu, Q.Nəbi küçəsi 2 |
İnzibati protokol tərtib edilib |
Lənkəran rayonu üzrə |
|||
|
Həsənzadə Rəvan Pənah oğlu |
N.Gəncəvi küçəsi, bazar ərazisi |
İnzibati protokol tərtib edilib |
|
Həsənov Allahşükür Atəş oğlu |
N.Gəncəvi küçəsi, bazar ərazisi |
İnzibati protokol tərtib edilib |
|
Seyfullayev Həbib Mircəlal oğlu |
N.Gəncəvi küçəsi, bazar ərazisi |
İnzibati protokol tərtib edilib |
Masallı rayonu üzrə |
|||
|
Kişiyev Sübhi Firudin oğlu |
20 Yanvar küçəsi, “Köhnə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
Göyçay rayonu üzrə |
|||
|
Ağayev Rəşad Ərzuman oğlu |
Qaraməryəm kəndi |
İnzibati protokol tərtib edilib |
|
Teymurov Əzizağa Qazi oğlu |
Qaraməryəm kəndi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər

Bərdədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Lək kəndində fəaliyyət göstərən “Qədiroğlu” MMC-yə məxsus “Qədiroğlu” marketdə yoxlama keçirib. Baxış zamanı marketdə yararlılıq müddəti bitmiş toyuq əti və şirniyyat, qanunvericiliyə uyğun etiket məlumatları olmayan ərik qurusu, müşayiətedici sənədləri olmayan ət məhsulları aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Biləsuvarda “Nur” şadlıq sarayında nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar rayonu, Xırmandalı kəndində fəaliyyət göstərən Muxtarzadə Səbuhi Əlirahim oğluna məxsus “Nur” şadlıq sarayında yoxlama keçirib.

Yardımlıda ticarət obyektində istehlaka yararsız məhsulların satışının qarşısı alınıb
Yardımlı şəhəri, H.Əliyev küçəsi 245 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quluzadə Murad Möhübbət oğluna məxsus ticarət obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu məlum olub. Belə ki, ticarət obyektində istifadə müddəti bitmiş ümumi həcmi 47,16 litr olan müxtəlif əmtəə nişanlı alkoqollu və alkoqolsuz içkilərin, ümumi çəkisi 2,34 kq olan ət konservinin satışa çıxarıldığı aşkarlanıb. Eyni zamanda qida məhsullarının saxlanma qaydalarına və temperatur rejiminə əməl olunmadığı, işçinin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar məhv edilib.