Qanunsuz heyvan kəsiminin qarşısı alınır
18 Avqust 2023 17:53
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
17 avqust tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Zaqatala, Qobustan, Masallı, Salyan rayonlarında fəaliyyət göstərən 14 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 11 inzibati tədbir görülüb, 3 məntəqədə qanunsuz metal konstruksiyalar sökülüb, 1 məntəqədə isə yenidən bərpa olunan qurğu sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
|
Hüseynov Rahim Ramiz oğlu |
Nizami rayonu, B.Nuriyev küçəsi 243 |
İnzibati protokol tərtib edilib |
|
|
Hüseynov Şöhrət Xəlil oğlu |
Nizami rayonu, B.Nuriyev küçəsi 12 |
İnzibati protokol tərtib edilib |
|
|
Bayramov Füzuli Elşad oğlu |
Nizami rayonu, İ.Məmmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Əhmədov Şahin Məmmədrəhim oğlu |
Nizami rayonu, Naxçıvanski küçəsi 73 |
İnzibati protokol tərtib edilib |
|
|
Bəylərov Pənah Əmir oğlu |
Nizami rayonu, Q.Qarayev 102 |
İnzibati protokol tərtib edilib |
|
|
Mustafayev Bəhruz Eldar oğlu |
Xətai rayonu, Telnov küçəsi 19 |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədov Sumbat Eyyub oğlu |
Xətai rayonu, Telnov küçəsi 19 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa olunan qurğu sökülüb |
|
|
Rüstəmov Taleh Şükür oğlu |
Xətai rayonu, Telnov küçəsi 19 |
İnzibati protokol tərtib edilib |
|
|
Şirinov Seymur Məhərrəm oğlu |
Xətai rayonu, Telnov küçəsi 19 |
İnzibati protokol tərtib edilib |
|
Zaqatala rayonu üzrə |
|||
|
|
Həmzəyev Mürşüd |
Yuxarı Tala kəndi |
İnzibati protokol tərtib edilib |
|
Qobustan rayonu üzrə |
|||
|
|
Yaqubov Ədalət Baba oğlu |
Qobustan şəhəri, M.İbadov küçəsi |
Qanunsuz metal konstruksiya sökülüb |
|
Masallı rayonu üzrə |
|||
|
|
Hacıyev Asəf Seyfulla oğlu |
Boradigah qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Salyan rayonu üzrə |
|||
|
|
Molanov Elnur Tofiq oğlu |
İ.Quliyev küçəsi |
Qanunsuz metal konstruksiya sökülüb |
|
|
Həsənov İbad Əli oğlu |
Ələt-Astara yolu 60-cı km |
Qanunsuz metal konstruksiya sökülüb |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər
Xətai rayonunda su emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Hacıyev Şükür Asif oğluna məxsus su emalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin sanitar-gigiyenik və sanitar-texniki vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib. Eyni zamanda, istehsal sahələrində gigiyenik tələblərin pozulduğu, məhsulların etiketlərində istehsalçı, suyun mənbəyi, istehsal və son istifadə tarixləri barədə məlumatların düzgün qeyd edilmədiyi aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunub, qablaşdırılmış məhsullardan nümunələr götürülərək laborator müayinələrə təqdim edilib. Nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsalın dayandırılması barədə qərar qəbul edilib.
Zabratda ət emalı müəssisəsində mənşəyi məlum olmayan toyuq əti aşkarlanıb
Mediada yayılan məlumat əsasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsində yerləşən, fiziki şəxs Lyubimov Tahir Qəhrəman oğluna məxsus ət emalı müəssisəsində yoxlama keçirib. Müəssisənin qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan qanunsuz fəaliyyət göstərdiyi, toyuq ətlərinin müşayiətedici sənədlərinin olmadığı, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, toyuq ətlərindən götürülən nümunələr laborator müayinələrə cəlb edilib və məhsulların dövriyyəsi qadağan edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.
“Qidanın Nəbzi”: Bazardan süfrəyədək qida təhlükəsizliyi - VİDEO
Hər gün alış-veriş etdiyimiz bazarlarda ərzaq məhsullarının təhlükəsizliyinə necə əmin ola bilərik? Məhsulların saxlanması, daşınması və satışı zamanı hansı tələblərə əməl olunmalıdır? “Qidanın Nəbzi” podkastının növbəti buraxılışında təhlükəsiz ərzaq bazarının əsas şərtlərindən, sahibkar və istehlakçıların məsuliyyətindən danışırıq.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş