Qanunsuz heyvan kəsiminin qarşısı alınır
21 Avqust 2023 14:21

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
18 avqust tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Lənkəran, Masallı, Qobustan rayonlarında fəaliyyət göstərən 12 heyvan kəsimi və ət satışı məntəqələrində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 12 inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
|
Əhmədov Bəhruz Əbülfəz oğlu |
Xətai rayonu, Gəncə prospekti 67 |
İnzibati protokol tərtib edilib |
|
Cəfərov Namiq Ramiz oğlu |
Xətai rayonu, Şıxlinski küçəsi 37 |
İnzibati protokol tərtib edilib |
|
İbrahimov Namiq Kamal oğlu |
Xətai rayonu, Şıxlinski küçəsi 36 |
İnzibati protokol tərtib edilib |
|
Hüseynov Bayram Sədrəddin oğlu |
Nizami rayonu, K.Balakişiyev küçəsi 61 |
İnzibati protokol tərtib edilib |
|
Mehralıyev Ceyhun Şahin oğlu |
Nizami rayonu, Ə.Hacıyev küçəsi 19 |
İnzibati protokol tərtib edilib |
|
Əsədov İlham Aslan oğlu |
Nizami rayonu, Ə.Kürçaylı küçəsi 1A |
İnzibati protokol tərtib edilib |
|
Atayev Xəlil Nəsir oğlu |
Nizami rayonu, Ə.Kürçaylı küçəsi 7 |
İnzibati protokol tərtib edilib |
|
Əhmədov Elmar Məmmədrəhim oğlu |
Nizami rayonu, R.Rüstəmov küçəsi 43 |
İnzibati protokol tərtib edilib |
Lənkəran rayonu üzrə |
|||
|
Xəlilov Arzu Xankişi oğlu |
Səpnəkəran kəndi |
İnzibati protokol tərtib edilib |
|
Qurbanov İsrafil Mütəllim oğlu |
Bala Şürük kəndi |
İnzibati protokol tərtib edilib |
Masallı rayonu üzrə |
|||
|
İbadov Elnur Xanhüseyn oğlu |
20 Yanvar küçəsi, “Köhnə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
Qobustan rayonu üzrə |
|||
|
Məhərrəmov Misirxan Pənah oğlu |
Bakı-Şamaxı yolu, 112-ci km |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər

Bərdədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Lək kəndində fəaliyyət göstərən “Qədiroğlu” MMC-yə məxsus “Qədiroğlu” marketdə yoxlama keçirib. Baxış zamanı marketdə yararlılıq müddəti bitmiş toyuq əti və şirniyyat, qanunvericiliyə uyğun etiket məlumatları olmayan ərik qurusu, müşayiətedici sənədləri olmayan ət məhsulları aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Biləsuvarda “Nur” şadlıq sarayında nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar rayonu, Xırmandalı kəndində fəaliyyət göstərən Muxtarzadə Səbuhi Əlirahim oğluna məxsus “Nur” şadlıq sarayında yoxlama keçirib.

Yardımlıda ticarət obyektində istehlaka yararsız məhsulların satışının qarşısı alınıb
Yardımlı şəhəri, H.Əliyev küçəsi 245 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quluzadə Murad Möhübbət oğluna məxsus ticarət obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu məlum olub. Belə ki, ticarət obyektində istifadə müddəti bitmiş ümumi həcmi 47,16 litr olan müxtəlif əmtəə nişanlı alkoqollu və alkoqolsuz içkilərin, ümumi çəkisi 2,34 kq olan ət konservinin satışa çıxarıldığı aşkarlanıb. Eyni zamanda qida məhsullarının saxlanma qaydalarına və temperatur rejiminə əməl olunmadığı, işçinin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar məhv edilib.