Qanunsuz heyvan kəsiminin qarşısı alınır
3 Avqust 2023 20:00

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Qobustan, Masallı, Lənkəran, Göyçay, Tovuz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 20 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
|
Muradov Zakir Vəlxan oğlu |
Yasamal rayonu, Ə.Əhmədov küçəsi 4 |
İnzibati protokol tərtib edilib |
|
Əliyev Elnur Misir oğlu |
Yasamal rayonu, Ə.Əhmədov küçəsi 28 |
İnzibati protokol tərtib edilib |
|
Ağalarov Rauf Cümşüd oğlu |
Yasamal rayonu, Ə.Əhmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Məmmədov Namik Maarif oğlu |
Yasamal rayonu, Ə.Əhmədov küçəsi 2 |
İnzibati protokol tərtib edilib |
|
Alyarov Qurban Kamran oğlu |
Yasamal rayonu, M.Xiyabani küçəsi 370A |
İnzibati protokol tərtib edilib |
|
Ağayev Dilavər Ağakamal oğlu |
Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Eyvazov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Əyyubov Kamil Surxay oğlu |
Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Rəhimov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Mirzəyev Novruz Mücərrət oğlu |
Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Rəhimov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Məmmədov Seyidhəmid Mirhabil oğlu |
Xəzər rayon, Buzovna qəsəbəsi, Albalılıq massivi |
İnzibati protokol tərtib edilib |
Qobustan rayonu üzrə |
|||
|
Sərxanlı Qorxmaz Adil oğlu |
Qobustan şəhəri, Bakı-Qazax yolu 92-ci km |
İnzibati protokol tərtib edilib |
|
Məhərrəmov Misirxan Pənah oğlu |
Qobustan şəhəri, Bakı-Qazax yolu 110-cu km |
İnzibati protokol tərtib edilib |
Şamaxı rayonu üzrə |
|||
|
Hüseynov Şahin Ziyadxan oğlu |
Şamaxı rayonu, Çuxuryurd kəndi |
İnzibati protokol tərtib edilib |
Masallı rayonu üzrə |
|||
|
İbadov Kamran Bahaddin oğlu |
20 Yanvar küçəsi, “Köhnə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
|
Səfərov Rasim Balasət oğlu |
20 Yanvar küçəsi, “Köhnə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
|
İbadov Yaşar Bilal oğlu |
H.Əliyev prospekti, “Təzə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
Lənkəran rayonu üzrə |
|||
|
Seyfullayev Taleh Mircəlal oğlu |
Lənkəran rayonu, Ələt-Astara yolu |
İnzibati protokol tərtib edilib |
Göyçay rayonu üzrə |
|||
|
Məmmədov Ayaz |
Natəvan küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Qasımov Teymur |
Atatürk küçəsi |
İnzibati protokol tərtib edilib |
Tovuz rayonu üzrə |
|||
|
Həsənov Səxavət Həsən oğlu |
Qovlar şəhəri |
İnzibati protokol tərtib edilib |
|
Mehdiyev Ramin Rza oğlu |
Qovlar şəhəri |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər

Yardımlıda çörək istehsalı müəssisəsində normativ tələblərin pozulduğu aşkarlanıb
Yardımlı şəhəri, H.Əliyev küçəsi, ev 153 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qənbərov Güloğlan Qiyas oğluna məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu aşkarlanıb. Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda məhsulların qablaşdırılmadan və etiketlənmədən satışa çıxarıldığı, sanitar-gigiyenik tələblərə əməl olunmadığı, qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

Bərdədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Lək kəndində fəaliyyət göstərən “Qədiroğlu” MMC-yə məxsus “Qədiroğlu” marketdə yoxlama keçirib. Baxış zamanı marketdə yararlılıq müddəti bitmiş toyuq əti və şirniyyat, qanunvericiliyə uyğun etiket məlumatları olmayan ərik qurusu, müşayiətedici sənədləri olmayan ət məhsulları aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Biləsuvarda “Nur” şadlıq sarayında nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar rayonu, Xırmandalı kəndində fəaliyyət göstərən Muxtarzadə Səbuhi Əlirahim oğluna məxsus “Nur” şadlıq sarayında yoxlama keçirib.