Qanunsuz heyvan kəsiminin qarşısı alınır
22 Avqust 2023 12:30
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
21 avqust tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı rayonunda fəaliyyət göstərən 17 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
|
Musayev Nail Abbas oğlu |
Xətai rayonu, K.Kərimov küçəsi 17 |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədov Aqil Məhəmməd oğlu |
Xətai rayonu, K.Kərimov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Məmiyev Eyyan Mətləbxan oğlu |
Xətai rayonu, K.Kərimov küçəsi 153 |
İnzibati protokol tərtib edilib |
|
|
İsmayılov Xəqani Vaqif oğlu |
Xətai rayonu, N.Tusi küçəsi 49 |
İnzibati protokol tərtib edilib |
|
|
İbayev Elnur İsmayıl oğlu |
Xətai rayonu, N.Tusi küçəsi 28 |
İnzibati protokol tərtib edilib |
|
|
Məmişov Elşən Musalim oğlu |
Xətai rayonu, N.Tusi küçəsi 277 |
İnzibati protokol tərtib edilib |
|
|
Bayraməliyev Elşən Əsgər oğlu |
Nərimanov rayonu, A.Heydərov küçəsi 6 |
İnzibati protokol tərtib edilib |
|
|
Əhmədov Aqil Rəfail oğlu |
Nərimanov rayonu, V.Mayakovski küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Təhməzov Asif Sərxan oğlu |
Nərimanov rayonu, Daş karxanası küçəsi 108 |
İnzibati protokol tərtib edilib |
|
|
Həsənov İldırım Musa oğlu |
Nərimanov rayonu, Z.Xəlil küçəsi 11 |
İnzibati protokol tərtib edilib |
|
Masallı rayonu üzrə |
|||
|
|
Əliyev Tural Fəyyaz oğlu |
20 Yanvar küçəsi, “Köhnə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
|
|
İbayev Azad Əliş oğlu |
20 Yanvar küçəsi, “Köhnə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
|
|
İbrahimov Rabil İmran oğlu |
Boradigah qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Hacıyev Asəf Seyfulla oğlu |
Türkoba qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Hacıyev Rafət Rauf oğlu |
Boradigah qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Qəniyev Məsləhət İsmayıl oğlu |
Qızılavar kəndi |
İnzibati protokol tərtib edilib |
|
|
Mirzəyev Bəhruz Bürcəli oğlu |
Qızılavar kəndi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər
Ərzaq bazarlarında monitorinqlər davam edir - VİDEO
AQTA ərzaq bazarlarında nəzarət tədbirlərini davam etdirir. Növbəti monitorinqlər Saatlı, Lənkəran və Şəki rayonlarında yerləşən ərzaq bazarlarında aparılıb. Baxış zamanı bir sıra nöqsanlar aşkarlanıb. Yüksəkriskli qida məhsullarının, xüsusilə ət və süd məhsullarının etiket məlumatları və baytarlıq sənədi olmadan satışa çıxarıldığı müəyyən edilib. Bəzi piştaxtalarda qidaların üstüaçıq şəkildə, toz və digər çirklənmə risklərinə məruz qalaraq satıldığı müşahidə edilib. Aşkar edilən uyğunsuzluqlarla bağlı bazar rəhbərliyinə icrası məcburi göstərişlər verilib, qanunvericiliyin tələbləri izah edilib. Bazarlarda antisanitar şəraitdə satışa çıxarılan ət, süd, balıq və digər yüksəkriskli məhsulların istehlakı insan həyat və sağlamlığı üçün təhlükə yaradır. Mənşəyi şübhə doğuran bu məhsulların istehlakı tövsiyə edilmir. Bazar rəhbərləri fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmalı, sağlamlaşdırma tədbirləri icra etməlidirlər. Ərzaq bazarlarında aparılan növbəti monitorinqlərlə bağlı daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Yasamalda “Express Lounge” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 202A ünvanında yerləşən, fiziki şəxs Ağayev Fərid Qabil oğluna məxsus “Express Lounge” ictimai iaşə obyektində yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektinin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb. Həmçinin yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi müəyyən olunub. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsinə dair məhdudlaşdırıcı qərar qəbul olunub, icrası məcburi göstərişlər verilib. İstehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Masallının Qızılağac kəndində marketdə saxta alkoqollu içkilər aşkarlanıb
Masallı rayonunun Qızılağac kəndində fəaliyyət göstərən, Abbasov Zakir Ramazan oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş