Qanunsuz heyvan kəsiminin qarşısı alınır
26 İyul 2023 15:47
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
25 iyul tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 9 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
||
|
Bakı şəhəri üzrə |
|||||
|
|
Məmmədov İlqar Mahmudəli oğlu |
Xəzər rayon, Binə qəsəbəsi, Ə. İsazadə küçəsi |
İnzibati protokol tərtib edilib. Təkrar bərpa olunan qurğuları sökülüb |
||
|
|
Nəsirov Hüseyn Afşur oğlu |
Xəzər rayon, Binə qəsəbəsi, Ə. İsazadə küçəsi |
İnzibati protokol tərtib edilib |
||
|
|
Məlikov Simran Əminağa oğlu |
Xəzər rayon, Binə qəsəbəsi, Ə. İsazadə küçəsi |
İnzibati protokol tərtib edilib |
||
|
|
Musayev Hacı Əvəz oğlu |
Xəzər rayon, Binə qəsəbəsi, Ə. İsazadə küçəsi |
İnzibati protokol tərtib edilib. Təkrar bərpa olunan qurğuları sökülüb |
||
|
|
Ədilov Vahid Yaqub oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M. Gəncəvi küçəsi 19 |
İnzibati protokol tərtib edilib |
||
|
|
Əliyev Məhəmməd Qurban oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
||
|
|
Ələsgərov Hafiz Ramiz oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 2/20 |
İnzibati protokol tərtib edilib |
||
|
|
Hacıyev Hakim Ağababa oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 27 |
İnzibati protokol tərtib edilib |
||
|
|
Həsənov Bəşir Qardaşxan oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi ilə M.Fətəliyev küçəsinin kəsişməsi |
İnzibati protokol tərtib edilib |
||
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
FIFA U-15 Dünya Kuboku və Festivalı çərçivəsində qida təhlükəsizliyinə nəzarət tədbirləri davam etdirilir
Bakıda keçirilən FIFA U-15 Dünya Kuboku və Festivalı çərçivəsində tədbir iştirakçılarının təhlükəsiz qidalanmasının təmin olunması məqsədilə nəzarət tədbirləri həyata keçirilir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları idmançıların və tədbirə gələn qonaqların qidalanmasının təşkili ilə bağlı məkanlarda qida təhlükəsizliyi tələblərinə əməl olunmasına nəzarət edirlər. Nəzarət tədbirləri çərçivəsində mətbəx və yemək zallarında müvafiq yoxlamalar aparılır, hazırlanmış qidalardan laborator müayinələr üçün nümunələr götürülür. Ərazidə faaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları vasitəsilə tədbir məkanlarında yerində müayinələr həyata keçirilir, qida təhlükəsizliyinin təmin olunması vəziyyəti qiymətləndirilir. Tədbir məkanlarında qida məhsullarının hazırlanması, saxlanılması şəraiti, sanitariya-gigiyena qaydalarına riayət olunması, eləcə də qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi diqqət mərkəzində saxlanılır. Məqsəd yarış və festival iştirakçılarının sağlamlığının qorunması, onların təhlükəsiz qida məhsulları ilə təmin olunmasına nəzarətin gücləndirilməsidir. Daha ətraflı: https://youtu.be/KsuP8ToXDK8
Uşaq bağçasında nöqsanlar aşkarlanıb
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş