Qanunsuz heyvan kəsiminin qarşısı alınır
4 Avqust 2023 12:21
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
3 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı, Neftçala rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 9 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 2 heyvan kəsimi və ət satışı məntəqəsində isə qanunsuz metal konstruksiyaları sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
|
Alməmmədov Həmid Dursunəli oğlu |
Yasamal rayonu, A.Abbasov küçəsi 16 |
İnzibati protokol tərtib edilib |
|
|
Abbasov Nurulla Telman oğlu |
Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 77A |
İnzibati protokol tərtib edilib |
|
|
Mustafayev Mürsəl Zeybulla oğlu |
Yasamal rayonu, X.Mustafayev küçəsi 80 |
İnzibati protokol tərtib edilib |
|
|
Zeynalov Zaur Ziyəddin oğlu |
Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 119A |
İnzibati protokol tərtib edilib |
|
|
Hümbətov Nizami Qürbət oğlu |
Yasamal rayonu, M.Seyidov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Musayev Məhəmməd Əhliyət oğlu |
Xəzər rayonu, Qala qəsəbəsi, döngə 1 |
İnzibati protokol tərtib edilib |
|
|
Nəcəfov Azər Bayram oğlu |
Xəzər rayonu, Türkan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Masallı rayonu üzrə |
|||
|
|
Qəniyev Məsləhət İsmayıl oğlu |
Boradigah qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
İbrahimov Rabil İmran oğlu |
Boradigah qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Neftçala rayonu üzrə |
|||
|
|
Əkbərov Pərviz Ağabala oğlu |
Surra kəndi |
Qanunsuz metal konstruksiya sökülüb |
|
|
Ağalarov Aqil Mirkamil oğlu |
Surra kəndi |
Qanunsuz metal konstruksiya sökülüb |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
Təhlükəli arıqlama məhsulları aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sosial şəbəkələr vasitəsilə onlayn satışı həyata keçirilən, arıqlama məqsədilə istifadə edildiyi iddia olunan müxtəlif növ çay, kofe, bioloji aktiv qida məhsulları, idman qidaları və digər məhsullarla bağlı monitorinqləri davam etdirir. Monitorinq tədbirləri çərçivəsində “slimming.body.azerbaijan”, “korol_baku” adlı “Instagram”, həmçinin “fit_yasam_soutfit” adlı “TikTok” hesabları vasitəsilə satışı həyata keçirilən müxtəlif məhsullarla bağlı araşdırmalar aparılıb. Laborator müayinələr nəticəsində hər üç məhsulun tərkibində istifadəsinə yol verilməyən təhlükəli maddə - sibutramin maddəsi aşkarlanıb. Qeyd edək ki, sibutramin qida komponenti deyil, mərkəzi sinir sisteminə təsir göstərərək iştahanı azaldan sintetik dərman maddəsidir. Ciddi sağlamlıq riskləri nəzərə alınaraq, sibutraminin istifadəsi dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda qadağan edilib. Məlumat üçün bildirək ki, sibutraminin istifadəsi arterial təzyiqin yüksəlməsi, ürək ritminin pozulması, taxikardiya, infarkt, insult və digər ağır ürək-damar fəsadlarının yaranmasına səbəb ola bilər. Araşdırma zamanı “Slimming Body Max Hunger Buster”, “Korol Poxudeniya” və “Sout Fit Extra” adlı məhsulların idxal sağlamlıq aktlarının olmadığı, qeydiyyata alınmadığı və ölkəyə qanunsuz yolla gətirildiyi müəyyən edilib. Qeyd edək ki, sözügedən məhsulların satışını həyata keçirən hər üç sosial şəbəkə hesabı geniş izləyici auditoriyasına malikdir, eləcə də həmin məhsullar sosial media platformalarında tanınmış şəxslər tərəfindən reklam edilir. AQTA bir daha bildirir ki, sosial şəbəkələrdə məhsulun geniş auditoriyaya təqdim olunması və ya tanınmış şəxslər tərəfindən reklam edilməsi onun təhlükəsizliyinə və qanunvericiliyin tələblərinə uyğunluğuna zəmanət vermir. İstehlakçıların sağlamlığı üçün potensial təhlükə yaradan, qanunvericiliyin tələblərinə cavab verməyən və tərkibində istifadəsinə yol verilməyən maddələr aşkarlanan məhsulların satışının və reklamının təşviqi yolverilməzdir. AQTA bu istiqamətdə sosial şəbəkələrdə monitorinqləri davam etdirir. Link
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş