Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
13 İyun 2023 12:39
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
9-12 iyun tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 15 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 3 məntəqədə isə yenidən bərpa edilmiş qurğular sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Bayramov Sərxan Ələsgər oğlu |
Xətai rayonu, Q.Nəbi küçəsi 2 |
İnzibati protokol tərtib edilib |
|
2. |
Fərzəliyev Xəyal Bəxtiyar oğlu |
Xətai rayonu, Q.Nəbi küçəsi 4 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
3. |
Məmmədov Ehdiram Hacıməmməd oğlu |
Xətai rayonu, Babək prospekti 64 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
4. |
İsmayılov Raquf Bilal oğlu |
Xətai rayonu, P.Həşimov küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
5. |
Cəfərov Emin Cəlal oğlu |
Xətai rayonu, Zeytun küçəsi |
İnzibati protokol tərtib edilib |
|
6. |
Məmmədov Hilal İbrahim oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 27 |
İnzibati protokol tərtib edilib |
|
7. |
Cəfərov Vidadi Süleyman oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 26 |
İnzibati protokol tərtib edilib |
|
8. |
Pəniyev Sərdar Eldar oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 329 |
İnzibati protokol tərtib edilib |
|
9. |
Aslanov Emin Aslan oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 234 |
İnzibati protokol tərtib edilib |
|
10. |
Abbasov Sərdar İmamverdi oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 19 |
İnzibati protokol tərtib edilib |
|
11. |
Həsənov Bəşir Qardaşxan oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 29 |
İnzibati protokol tərtib edilib |
|
12. |
Abbasov Astan Nürəddin oğlu |
Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
13. |
Hacıyev Elşad Sahib oğlu |
Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.İ.Ağa küçəsi |
İnzibati protokol tərtib edilib |
|
14. |
Qədirov Niyaməddin Möhlət oğlu |
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Dördyol dairəsi |
İnzibati protokol tərtib edilib |
|
15. |
Məlikov Arif Yaşar oğlu |
Sabunçu rayonu, Maştağa qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Tədbirlər zamanı Həmzəyev Kamil Rüstəm oğlunun yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozularaq antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin təşkil edildiyi müəyyən olunub. Baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri davam edir - İCMAL
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən yoxlama-nəzarət tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir. Keçirilən plandankənar yoxlamalar zamanı Bakı, Lənkəran şəhərlərində və Tərtər rayonunda fəaliyyət göstərən qida və iaşə obyektlərində sanitar-texniki və sanitar-gigiyenik tələblərə əsasən, insan sağlamlığının qorunması, yoluxucu xəstəliklərin və qida mənşəli risklərin qarşısının alınması məqsədilə avadanlıqlara, istehsal proseslərinə, işçilərə dair müəyyən edilmiş normalara əməl edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülərək, nöqsanlar aradan qaldırılanadək məhdudiyyətlər tətbiq edilib.
Bakıda bir sıra şadlıq saraylarında nöqsanlar aşkarlanıb - VİDEO
Cari ilin yanvar–noyabr ayları ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirilib. Aparılan nəzarət tədbirləri zamanı 6 şadlıq sarayında yoxlama nəticəsi qənaətbəxş olub, 41 şadlıq sarayında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib. Belə ki, bir sıra obyektdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka təqdim edildiyi, toy mərasimlərində verilən ət məhsulları ilə yoxlamaya təqdim olunan müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi və digər nöqsanlar aşkarlanıb. Eyni zamanda, “Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall” və “Sarı Gəlin” şadlıq saraylarında, həmçinin Stolovaya №8 iaşə müəssisələrində alınmış baytarlıq sənədlərinə əsasən istehlakçılara camış əti təqdim edildiyi halda, menyuda bununla bağlı heç bir qeydin aparılmadığı müəyyən olunub. Əlavə olaraq 4 şadlıq sarayında (Çıraq Palace, Meridian Luks, Mirana və İnci şadlıq sarayları) istehlakçılara süni kürü təqdim edildiyi halda, bununla bağlı menyuda müvafiq qeydlərin aparılmadığı da aşkarlanıb. Uyğunsuzluqlarla bağlı inzibati protokollar tərtib edilib, ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəzarət tədbirləri davam etdirilir. LİNK:
Giriş