Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
18 Sentyabr 2023 16:25

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
15 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı rayonunda fəaliyyət göstərən 7 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
|
Qasımov EminAydın oğlu |
Pirallahı rayonu, M.Əzizbəyov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Hacıyev Rövşən Vilayət oğlu |
Pirallahı rayonu, K.Rzayev küçəsi |
İnzibati protokol tərtib edilib |
Masallı rayonu üzrə |
|||
|
Bayramov Mərdan Abduləli oğlu |
Yeddioymaq kəndi |
İnzibati protokol tərtib edilib |
|
Kəlbiyev Seymur Faiq oğlu |
Ərkivan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Nəzərov Amil Mehman oğlu |
Ərkivan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Səfərli Rasim Balasət oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
|
İbadov Kamran Bahaddin oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər

4 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
25 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 6 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 3 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 4 müəssisədə nöqsanlar müəyyən olunub.

Tovuzda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
Vətəndaş müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən Tovuz rayonu, Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Arif Müsəllim oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

9 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
22 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 11 ticarət müəssisəsi və 4 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 9 müəssisədə nöqsanlar müəyyən olunub.
