Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
17 Aprel 2024 17:33
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2024-cü il 9-16 aprel tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Tovuz rayonlarında fəaliyyət göstərən 16 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
|
Qasımov Kamil Musa oğlu |
Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayov küçəsi 185B |
İnzibati protokol tərtib edilib |
|
|
Əliyev Əlifyar Fətəli oğlu |
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, T.Tağızadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Mirzəyev Ramil Yaqub oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədov Kamil Taryel oğlu |
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi 22 |
İnzibati protokol tərtib edilib |
|
|
Quliyev Ramil Ramiz oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, Nar bazarı |
İnzibati protokol tərtib edilib |
|
|
Babayev Kənan Hacıağa oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Yusifov Şəhriyar Suliddin oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Həziyev Zaur Əfsər oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədov Teymur Valeh oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi 23 |
İnzibati protokol tərtib edilib |
|
|
Həsənov Ədalət Eldar oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Əzizov Eldar Yaşıl oğlu |
Binəqədi rayonu, Müşviq qəsəbəsi, İzlivnoy küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Əliyev Amil Dilafət oğlu |
Binəqədi rayonu, Müşviq qəsəbəsi, İzlivnoy küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Həsənov Hidayət Murad oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Yusifov Asəf Cəlal oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, A.Şəbiyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Şamaxı rayonu üzrə |
|||
|
|
Muradov Marif Şakərəm oğlu |
Sabir qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Tovuz rayonu üzrə |
|||
|
|
Rzayev Xaliq Rza oğlu |
Əyyublu kəndi |
İnzibati protokol tərtib edilib |
Oxşar xəbərlər
“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus “By Fateh Gənclik” restoranında plandankənar nəzarət tədbiri aparılıb. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, istehlaka təqdim edilən ətlərin müvafiq icazə sənədlərinin olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi və digər nöqsanlar aşkarlanıb. Bundan əlavə, yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da aşkar edilib. Qeyd olunan uyğunsuzluqlarla əlaqədar obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib. Əlavə olaraq, laborator müayinələrin aparılması məqsədilə ət məhsullarından nümunələr götürülüb. Link:
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən, fiziki şəxs Məmmədova Gülər Sənan qızına məxsus “Aşxana” adlı kafedə nəzarət tədbiri keçirib. İctimai iaşə obyektinin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi, qida məhsullarının hazırlanması üçün mətbəx sahəsinin mövcud olmadığı, ev şəraitində hazırlanan yeməklərin mənşəyinin məlum olmadığı, istifadə edilən suyun filtrdən keçirilmədiyi, temperatur rejiminə düzgün əməl edilmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib və nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Tədbirlər zamanı Həmzəyev Kamil Rüstəm oğlunun yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozularaq antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin təşkil edildiyi müəyyən olunub. Baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş