Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
20 İyun 2023 16:39

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
19 iyun tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Tovuz, Şəmkir, Lənkəran, Masallı rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 20 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 2 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Fətəliyev İbrət Əli oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 4 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
2. |
Allahverdiyev Elman İmran oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi |
İnzibati protokol tərtib edilib |
3. |
Qazıyev İsmət Zəhmət oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Hövsan” tikinti bazarı |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
4. |
Babayev Kənan Hacıağa oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhliman küçəsi |
İnzibati protokol tərtib edilib |
5. |
Əmirov Rəşad Namiq oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
6. |
Məmmədov Ramazan Əhməd oğlu |
Sabunçu rayonu, A.Məmmədəliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
7. |
Əliyev Qədir Nahid oğlu |
Sabunçu rayonu, Ə.Məmmədyarov küçəsi, “Sabunçu” bazarı |
İnzibati protokol tərtib edilib |
8. |
Məmmədov Qoşqar Müzəffər oğlu |
Sabunçu rayonu, Ə.Məmmədyarov küçəsi, “Sabunçu” bazarı |
İnzibati protokol tərtib edilib |
9. |
Paşayev Şəfəq Şərif oğlu |
Sabunçu rayonu, Maştağa-Zabrat yolu |
İnzibati protokol tərtib edilib |
10. |
Məmmədov Rizvan Ənvər oğlu |
Sabunçu rayonu, Şəhər şosesi, döngə 5 |
İnzibati protokol tərtib edilib |
Şamaxı rayonu üzrə |
|||
11. |
Yusifov Əmirxan Hidayət oğlu |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
Tovuz rayonu üzrə |
|||
12. |
Yusifov Cahangir Cavanşir oğlu |
M.Musayev küçəsi, “Nəsimi” firmasına məxsus bazar |
İnzibati protokol tərtib edilib |
Şəmkir rayonu üzrə |
|||
13. |
Bayramov Telman Mahir oğlu |
Şəmkir şəhəri, 20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
14. |
Qurbanov Tural Əbülfət oğlu |
Şəmkir şəhəri, 20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
15. |
Cəfərov Asif Hidəyət oğlu |
Şəmkir şəhəri, 20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
16. |
Heydərov Vüqar Aydın oğlu |
Şəmkir şəhəri, 20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
Lənkəran rayonu üzrə |
|||
17. |
Seyfullayev Mircəlal |
Şiləvar kəndi |
İnzibati protokol tərtib edilib |
18. |
Cəfərov Arif Ağalı oğlu |
Şiləvar kəndi |
İnzibati protokol tərtib edilib |
Masallı rayonu üzrə |
|||
19. |
İbadov Kamran Bahəddin oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
20. |
Səfərov Rasim Balasət oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.