Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
16 Sentyabr 2024 11:01
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2024-cü il 9-13 sentyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şəki, Tovuz rayonlarında fəaliyyət göstərən 22 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
|
Ağayev Tural Vəli oğlu |
Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Nəcəfov Alməmməd Çalgöz oğlu |
Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi, “V” massivi |
İnzibati protokol tərtib edilib |
|
|
Əliyev Vüqar Zülfü oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi |
İnzibati protokol tərtib edilib |
|
|
Kamalzadə Taleh Elşən oğlu |
Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi, “V” massivi |
İnzibati protokol tərtib edilib |
|
|
Ağayev Əkbər Allahverdi oğlu |
Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi, “AB” massivi |
İnzibati protokol tərtib edilib |
|
|
Əliyev Qiyas İlham oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi |
İnzibati protokol tərtib edilib |
|
|
Fərzəliyev Xəyal Bəxtiyar oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi |
İnzibati protokol tərtib edilib |
|
|
Abbasov Akif Qurban oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” massivi |
İnzibati protokol tərtib edilib |
|
|
Fərmanov İlqar Valodya oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” massivi |
İnzibati protokol tərtib edilib |
|
|
Quliyev Əlsər Faiq oğlu |
Suraxanı rayonu, Günəşli qəsəbəsi, “AB” massivi |
İnzibati protokol tərtib edilib |
|
|
Orucov Feyruz Ramiz oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ramana yolu, S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Hüseynov Şahin Qərib oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
İsmayılov Vüsal Mənsim oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Dəmirov Murad Hikmət oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Hüseynov Rəşad Ramiz oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Babayev Cavanşir Fərhad oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 1 |
İnzibati protokol tərtib edilib |
|
|
Həsənov Bəşir Qardaşxan oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 29A |
İnzibati protokol tərtib edilib |
|
|
Pəniyev Anar Eldar oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 112b |
İnzibati protokol tərtib edilib |
|
Şəki rayonu üzrə |
|||
|
|
Abdullayev İsgəndər Hüseyn oğlu |
Şəki şəhəri, S.Rəhman küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Abdullayev İsgəndər Hüseyn oğlu |
Şəki şəhəri, S.Rəhman küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Sadıqov Dursun Qüdrət oğlu |
Şəki şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Tovuz rayonu üzrə |
|||
|
|
Zeynalov Mərdan Bahadur oğlu |
İbrahimhacılı kəndi |
İnzibati protokol tərtib edilib |
Oxşar xəbərlər
AQTA əməkdaşları Çində beynəlxalq təlimdə iştirak ediblər
10–23 noyabr tarixlərində Çin hökuməti tərəfindən həyata keçirilən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində inspeksiya və karantin standartları üzrə beynəlxalq təlim keçirilib. Pekin və Sian şəhərlərində baş tutan təlimdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları da iştirak ediblər. Təlimin əsas məqsədi inspeksiya və karantin sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də kənd təsərrüfatı məhsullarının beynəlxalq ticarətində fitosanitar təhlükəsizliyin gücləndirilməsi olub. Təlim çərçivəsində ÇXR-in bitki karantini sistemi, idxal-ixrac əməliyyatlarında fitosanitar nəzarət, zərərli orqanizmlərin aşkarlanması, laborator müayinə üsulları, fitosanitar risklərin qiymətləndirilməsi və müasir nəzarət mexanizmlərinin tətbiqi üzrə təqdimatlar dinlənilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 3-ü saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 1003 256 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla dekabrın 2-si saat 13:00-dək qəbula yazıla bilərlər.
Kürdəmirdə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Kürdəmir rayonu, Bakı prospekti, Dördyol dairəsində yerləşən, Baxşıyev Nizami Vəlixan oğluna məxsus “Güvən Store” marketdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nəzarət tədbiri keçirilib. Marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, etiket məlumatları olmayan və yararlılıq müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları, saxtalaşdırılaraq istehsal edilmiş “Organic Gold”, “Gümüş Güllə”, ”Organic Vodka” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar dövriyyədən çıxarılaraq araşdırılması üçün aidiyyəti orqana göndərilib.
Giriş