Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
20 İyun 2024 14:36
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2024-cü il 10-14 iyun tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı, Şirvan şəhərləri və Abşeron, Lənkəran, Masallı, Göyçay, Tərtər rayonlarında fəaliyyət göstərən 49 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Hüseynzadə Cəlil Sərastan oğlu |
Xətai rayonu, M. Rüstəmov küçəsi 14 |
İnzibati protokol tərtib edilib |
2. |
Mirzəyev Xanoğlan Baloğlan oğlu |
Xətai rayonu, M. Rüstəmov küçəsi 15 |
İnzibati protokol tərtib edilib |
3. |
Hümbətov Səbuhi Məmməd oğlu |
Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 |
İnzibati protokol tərtib edilib |
4. |
Kərimov İmran Kərəm oğlu |
Xətai rayonu, M.Hadi küçəsi 44A |
İnzibati protokol tərtib edilib |
5. |
Hüseynov Samit Zahid oğlu |
Xətai rayonu, M.Hadi küçəsi 13 |
İnzibati protokol tərtib edilib |
6. |
Fərzalıyev Vidadi Nadir oğlu |
Xətai rayonu, M.Hadi küçəsi 1 |
İnzibati protokol tərtib edilib |
7. |
İsaqzadə Nicat Şaiq oğlu |
Xətai rayonu, NZS qəsəbəsi, K.Əfkari küçəsi |
İnzibati protokol tərtib edilib |
8. |
Gülgəzov Sahib Novruz oğlu |
Xətai rayonu, NZS qəsəbəsi, R.Bağırov küçəsi |
İnzibati protokol tərtib edilib |
9. |
Zeynalov Həsən Rafət oğlu |
Xətai rayonu, NZS qəsəbəsi, R.Bağırov küçəsi |
İnzibati protokol tərtib edilib |
10. |
Rəhimli Məhəmmədəli Bəkir oğlu |
Xətai rayonu, NZS qəsəbəsi, R.Bağırov küçəsi |
İnzibati protokol tərtib edilib |
11. |
Həsənov Faiq Vəliş oğlu |
Xətai rayon, İ.İsmayılov küçəsi |
İnzibati protokol tərtib edilib |
12. |
İmaməliyev Elmar Ağamalı oğlu |
Xətai rayonu, G. Mehmandarov küçəsi 74 |
İnzibati protokol tərtib edilib |
13. |
Şıxəliyev Hikmət Fuad oğlu |
Xətai rayonu, G.Şıxlinski küçəsi 39A |
İnzibati protokol tərtib edilib |
14. |
İbrahimov Namiq Kamal oğlu |
Xətai rayonu, G.Şıxlinski küçəsi 36 |
İnzibati protokol tərtib edilib |
15. |
Məmmədov Etiram Hacıməmməd oğlu |
Xəzər rayonu, Babək prospekti 64 |
İnzibati protokol tərtib edilib |
16. |
Əhmədzadə Sahil Qədir oğlu |
Binəqədi rayonu, A.Kunanbəyov küçəsi 72 |
İnzibati protokol tərtib edilib |
17. |
Fərzəliyev Zaur Səfərəli oğlu |
Binəqədi rayonu, A.Kunanbəyov küçəsi 72 |
İnzibati protokol tərtib edilib |
18. |
Qasımov Kamil Musa oğlu |
Binəqədi rayonu, S.S.Axundov küçəsi |
İnzibati protokol tərtib edilib |
19. |
Vəlixanov Cahid Ramil oğlu |
Binəqədi rayonu, 8-ci mkr, Ə.Naxçıvani küçəsi 15 |
İnzibati protokol tərtib edilib |
20. |
Mustafayev Babək İslam oğlu |
Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 8 |
İnzibati protokol tərtib edilib |
21. |
Məmmədov Elnur Nazim oğlu |
Binəqədi rayonu, A.Kunanbəyov küçəsi |
İnzibati protokol tərtib edilib |
22. |
Həsənov Neymət Xudaverdi oğlu |
Binəqədi rayonu, N.Nərimanov küçəsi 81 |
İnzibati protokol tərtib edilib |
23. |
Məmmədov Mirzə Süleyman oğlu |
Yasamal rayonu, M.Xiyabani küçəsi 95 |
İnzibati protokol tərtib edilib |
24. |
Tapdıqlı Elməddin Səfadar oğlu |
Yasamal rayonu, M.Xiyabani küçəsi 189 |
İnzibati protokol tərtib edilib |
25. |
Heydərov Şahin Baba oğlu |
Yasamal rayonu, M.Xiyabani küçəsi 32 |
İnzibati protokol tərtib edilib |
26. |
Cümşüdzadə Teymur Məhəmmədəli oğlu |
Yasamal rayonu, D.Bünyadzadə küçəsi 29 |
İnzibati protokol tərtib edilib |
27. |
Qarayev Laçın Fikrət oğlu |
Yasamal rayonu, D.Bünyadzadə küçəsi 332Q |
İnzibati protokol tərtib edilib |
28. |
Hüseyinov Tural Bədəl oğlu |
Yasamal rayonu, M.Xiyabani küçəsi 132 |
İnzibati protokol tərtib edilib |
29. |
Səfərov Sənan Abdulla oğlu |
Yasamal rayonu, M.Xiyabani küçəsi 123 |
İnzibati protokol tərtib edilib |
30. |
Səmədov Etibar Eldar oğlu |
Yasamal rayonu, A.M.Şərifzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
31. |
Soltanov Elsevər Əlipaşa oğlu |
Yasamal rayonu, 2-ci Alatava küçəsi |
İnzibati protokol tərtib edilib |
32. |
Nəsibov Ramiz Məhəmməd oğlu |
Yasamal rayonu, 2-ci Alatava küçəsi |
İnzibati protokol tərtib edilib |
33. |
Axundov İlqar Ağarəfi oğlu |
Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfi küçəsi |
İnzibati protokol tərtib edilib |
34. |
Qədirov Niyaməddin Möhlət oğlu |
Sabunçu rayon, H.Heybətov küçəsi, |
İnzibati protokol tərtib edilib |
Şirvan şəhəri üzrə |
|||
35. |
Şükürov Elmir İlham oğlu |
Xəqani küçəsi |
İnzibati protokol tərtib edilib |
36. |
Eminov Novruz Fazil oğlu |
Xəqani küçəsi |
İnzibati protokol tərtib edilib |
Abşeron rayonu üzrə |
|||
37. |
Nağıyev Zaur İsa oğlu |
Abşeron rayonu, Saray qəsəbəsi, Koroğlu küçəsi |
İnzibati protokol tərtib edilib |
38. |
Atakışiyev Yaşar Əli oğlu |
Abşeron rayonu, Masazır kəndi |
İnzibati protokol tərtib edilib |
39. |
Qədimzadə Ceyhun Rövşən oğlu |
Abşeron rayonu, Masazır kəndi, Ə. Vahid küçəsi |
İnzibati protokol tərtib edilib |
Lənkəran rayonu üzrə |
|||
40. |
Şəfizadə Aqşin Xanoğlan oğlu |
Siyablı kəndi |
İnzibati protokol tərtib edilib |
41. |
Əliyev Nəriman Vahab oğlu |
Şovu kəndi |
İnzibati protokol tərtib edilib |
42. |
Əliyev Elşən İsa oğlu |
Vilvan kəndi |
İnzibati protokol tərtib edilib |
Masallı rayonu üzrə |
|||
43. |
Əkbərov Orxan Qəhrəman oğlu |
Yeddioymaq kəndi |
İnzibati protokol tərtib edilib |
44. |
Bayramov Abduləli Qurbanəli oğlu |
Yeddioymaq kəndi |
İnzibati protokol tərtib edilib |
Göyçay rayonu üzrə |
|||
45. |
Ağayev İqbal Azər oğlu |
Göyçay şəhəri, N.Həbibi küçəsi |
İnzibati protokol tərtib edilib |
46. |
İsgəndərov Elçin Şaiq oğlu |
Göyçay şəhəri, N.Həbibi küçəsi |
İnzibati protokol tərtib edilib |
47. |
Nəcəbov Valeh Mirzəqulu oğlu |
Göyçay şəhəri, N.Nərmanov küçəsi |
İnzibati protokol tərtib edilib |
48. |
Quluyev Aqil Elxan oğlu |
Göyçay şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
Tərtər rayonu üzrə |
|||
49. |
Allahverdiyev Elman Nizami oğlu |
H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
Oxşar xəbərlər

Ukraynanın istehsalçı şirkətlərinə qoyulan məhdudiyyət aradan qaldırılıb
Ukraynanın istehsalçı şirkətləri "Zagotservice" MMC”, "Myasodar" MMC, "Shidzahid" MMC (“East West” MMC), "Verbivske" MMC-yə məxsus dondurulmuş mal əti və "Lutsk Agricultural Company" MMC-yə məxus dondurulmuş toyuq əti məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb. Belə ki, AQTA-nın bildirişi əsasında, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehsalçı müəssisələrdə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri və epizootoloji monitorinqlərlə bağlı AQTA-ya ətraflı məlumat verilib. Ukrayna tərəfindən baytarlıq norma və qaydalarına, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi nəzərə alınaraq sözügedən istehsalçıların respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müvafiq məlumat verilib.

Türkmənistandan pomidor məhsulu idxalına məhdudiyyət qoyulub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində Türkmənistandan idxal edilən pomidor məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin laborator müayinəsi nəticəsində 11 məhsul partiyasında pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb. Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Hazırda aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, Türkmənistandan pomidor idxalına müvəqqəti qadağa qoyulub, Türkmənistanın müvafiq qurumuna virus aşkarlanmış təsərrüfatda sağlamlaşdırıcı tədbirlərin görülməsi barədə bildiriş məktubu göndərilib. Qeyd edək ki, pomidor meyvələrinin qonur qırışıqlıq virusuna əsasən pomidor, badımcan, bibər, tütün kimi bitkilərdə rast gəlinir. Sirayətlənmə dərəcəsindən asılı olaraq pomidor təsərrüfatlarında 30-70% məhsul itkisinə səbəb olur. Sözügedən virus məhsulun əmtəəlik keyfiyyətini və rəf ömrünü aşağı salır. Bu bitki virusu beynəlxalq ticarətdə və ərazi daxilində əkin-səpin materialı, bitkinin müxtəlif hissələri, o cümlədən meyvələri ilə yayılır. Mexaniki yolla yayılma xüsusiyyətinin olması virusun daha geniş əraziləri sirayətləndirməsində önəmli rol oynayır.

”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Nutrisiologiya və Diyetologiya Assosiasiyasının (NUDİA) birgə həyata keçirdiyi "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsi davam edir. Bu layihə çərçivəsində növbəti tədbir Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tərəfdaşlığı ilə mayın 6-da Yeni Klinikada keçirilib. "Möcüzə Qida – Ana Südü" konfransında ana südünün insan sağlamlığında rolu, bu sahədəki elmi yanaşmalar və real həyat təcrübələri peşəkar mütəxəssislərin iştirakı ilə müzakirə olunub. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini Ramazan Nəbiyev açılış nitqi ilə çıxış edib. Qeyd edib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət istiqamətinə uyğun olaraq, qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsini həyata keçirməklə bərabər, istehlakçıların maarifləndirilməsi istiqamətində də müxtəlif tədbirlər icra edir. Bu məqsədlə həyata keçirilən növbəti genişmiqyaslı maarifləndirmə tədbiri "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsidir. Bu layihə sağlamlığına dəyər verən, qidalanmasına diqqət edən hər kəs üçün bir çağırışdır deyə bilərik. Elmi əsaslarla sübut olunmuşdur ki, sağlam qidalanma qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında əsas amillərdən biridir. “Əsas məqsədimiz sağlam və təhlükəsiz qidalanmanı davamlı bir davranış modelinə çevirməkdir. Layihə ümumilikdə hər bir vətəndaşı hədəf alır, çünki sağlam və təhlükəsiz qidalanma hər kəsin həyatı və sağlamlığı üçün vacibdir. Bu gün burada toplanmağımızın məqsədi insan həyatının ən vacib dövrlərindən biri olan erkən uşaqlıq mərhələsində ana südünün əvəzedilməz rolunu bir daha xatırlatmaq, bu sahədəki elmi yanaşmaları paylaşmaq və cəmiyyətimizi bu mövzuda daha da maarifləndirməkdir”– deyə Ramazan Nəbiyev əlavə edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İxtisaslı Tibbi Xidmətin Departament rəhbəri Nəzrin Mustafayeva bildirib ki, bu gün ölkəmizin gələcək inkişafı planında səhiyyə sektorunun əsas fəaliyyətlərinin mərkəzində körpə sağlamlığının qorunması və inkişafı dayanır ki, bu məqsədə çatmaq üçün yol məhz bugünkü mövzulardan, müzakirələrdən başlayır. “Respublikanın səhiyyə xidmətinin böyük qismini təmin edən, habelə doğuşayardım və neonatal xidmətin əsas aparıcı müəssisəslərini idarə edən bir qurum olaraq, bu sahədə olduqca əhəmiyyətli fəaliyyətləri icra etmişik. 5 müəssisə son bir ildə olmaqla ümumilikdə 15 “körpə dostu” klinikası təyin edilmişdir. Bu siyasətlərin mərkəzində əsas olaraq, doğuşdan sonrakı ilk saat ərzində dəri təması və ana südü ilə qidalanmaya başlamaqdır” - deyə Nəzrin Mustafayeva vurğulayıb. Konfrans AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxovanın moderatorluğu ilə panel müzakirələrlə davam edib. Validə Sadıxova vurğulayıb ki, ana südünün tərkibinin nə qədər zəngin olduğunu subut edən çox sayda tədqiqatlar var. “Bizi ən çox təəccübləndirən ana südünün tərkibinin adaptiv bir maye olmasıdır. Bu həqiqətən də möcüzəvi bir qidadır. Ananın orqanizmi körpənin tələbatına, sağlamlıq vəziyyətinə uyğun süd istehsal edə bilir”. Uzman pediatr Əkbər Quliyev, uzman ginekoloq Emin Haqverdiyev, ÜST-nin nümayəndəsi Elturan İsmayılov, psixoloq-psixosomatik İradə İmanova "Ana südünün əhəmiyyəti" mövzusunda fikirlərini bölüşüblər. Tibb elmləri doktoru Nurəngiz Hacıyeva, uzman cərrah-ginekoloq Şəlalə Məmmədova, həkim-diyetoloq Tutu Zeynalova, mütəxəssis-mama Turanə Türkoğlu isə “Ana südü və anaların təcrübəsi: Reallıq və Çağırışlar” panelində çıxış ediblər.