Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
24 Avqust 2023 15:53
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
23 avqust tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Ağcabədi, Göyçay, Masallı rayonlarında fəaliyyət göstərən 19 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
|
Nəsibov Elnur Valeh oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 51 |
İnzibati protokol tərtib edilib |
|
|
Quliyev Eldəniz Eyvaz oğlu |
Suraxanı rayonu, Qum adası |
İnzibati protokol tərtib edilib |
|
|
Həsənəliyev İman İsgəndər oğlu |
Suraxanı rayonu, Qum adası |
İnzibati protokol tərtib edilib |
|
|
Ələsgərov Əsgər Poladxan oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 10 |
İnzibati protokol tərtib edilib |
|
|
Babayev Kənan Hacıağa oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 7 |
İnzibati protokol tərtib edilib |
|
|
Qurbanov Anar Əli oğlu |
Nərimanov rayonu, X.Şuşinski küçəsi 122 |
İnzibati protokol tərtib edilib |
|
|
Şahgəldiyev Yaşar Bəxtiyar oğlu |
Nərimanov rayonu, X.Şuşinski küçəsi 110 |
İnzibati protokol tərtib edilib |
|
|
Fəttahov Rəhman Mahmud oğlu |
Nərimanov rayonu, M.Qaşqay küçəsi 86 |
İnzibati protokol tərtib edilib |
|
|
Zaidov Zabit Telman oğlu |
Nərimanov rayonu, İ.Dadaşov küçəsi 52 |
İnzibati protokol tərtib edilib |
|
|
Cümşüdov Faiq Rasim oğlu |
Nərimanov rayonu, Atatürk prospekti 41 |
İnzibati protokol tərtib edilib |
|
Ağcabədi rayonu üzrə |
|||
|
|
İbadov Mobil İldırım oğlu |
Ağcabədi şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
|
Həsənov Əlövsət İslam oğlu |
Ağcabədi şəhəri, S.Vurğun küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Göyçay rayonu üzrə |
|||
|
|
Cəbiyev Tələt |
Göyçay şəhəri, Mərkəzi bazar |
İnzibati protokol tərtib edilib |
|
|
Kazımov Mirərəstun |
Göyçay şəhəri, Mərkəzi bazar |
İnzibati protokol tərtib edilib |
|
|
Cəfərov Aris |
Göyçay şəhəri, Mərkəzi bazar |
İnzibati protokol tərtib edilib |
|
|
Vəlixanov Azad |
Göyçay şəhəri, Mərkəzi bazar |
İnzibati protokol tərtib edilib |
|
|
Cəfərov Azər |
Göyçay şəhəri, Mərkəzi bazar |
İnzibati protokol tərtib edilib |
|
Masallı rayonu üzrə |
|||
|
|
İbadov Kamran Bahaddin oğlu |
20 Yanvar küçəsi, “Köhnə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
|
|
Kişiyev Sübhi Firudin oğlu |
20 Yanvar küçəsi, “Köhnə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər
FIFA U-15 Dünya Kuboku və Festivalı çərçivəsində qida təhlükəsizliyinə nəzarət tədbirləri davam etdirilir
Bakıda keçirilən FIFA U-15 Dünya Kuboku və Festivalı çərçivəsində tədbir iştirakçılarının təhlükəsiz qidalanmasının təmin olunması məqsədilə nəzarət tədbirləri həyata keçirilir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları idmançıların və tədbirə gələn qonaqların qidalanmasının təşkili ilə bağlı məkanlarda qida təhlükəsizliyi tələblərinə əməl olunmasına nəzarət edirlər. Nəzarət tədbirləri çərçivəsində mətbəx və yemək zallarında müvafiq yoxlamalar aparılır, hazırlanmış qidalardan laborator müayinələr üçün nümunələr götürülür. Ərazidə faaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları vasitəsilə tədbir məkanlarında yerində müayinələr həyata keçirilir, qida təhlükəsizliyinin təmin olunması vəziyyəti qiymətləndirilir. Tədbir məkanlarında qida məhsullarının hazırlanması, saxlanılması şəraiti, sanitariya-gigiyena qaydalarına riayət olunması, eləcə də qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi diqqət mərkəzində saxlanılır. Məqsəd yarış və festival iştirakçılarının sağlamlığının qorunması, onların təhlükəsiz qida məhsulları ilə təmin olunmasına nəzarətin gücləndirilməsidir. Daha ətraflı: https://youtu.be/KsuP8ToXDK8
Uşaq bağçasında nöqsanlar aşkarlanıb
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Giriş