Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
25 May 2023 16:24
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
24 may tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Qobustan, Xaçmaz, Tovuz, Lənkəran rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 19 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Cəfərov Nəcəf Nəzir oğlu |
Nərimanov rayonu, T.Şıxəliyev küçəsi 13 |
İnzibati protokol tərtib edilib |
|
2. |
Əhmədov Aqil Rafili oğlu |
Nərimanov rayonu, P.Çaykovski küçəsi |
İnzibati protokol tərtib edilib |
|
3. |
Həsənov İldırım Musa oğlu |
Nərimanov rayonu, Z.Xəlilov küçəsi 23 |
İnzibati protokol tərtib edilib |
|
4. |
Göyüşov Pərvin Nəsimi oğlu |
Nərimanov rayonu, Daş Karxanası küçəsi 106 |
İnzibati protokol tərtib edilib |
|
5. |
Həsənov Elburus Əlifağa oğlu |
Nərimanov rayonu, C.Hacıbəyli küçəsi |
İnzibati protokol tərtib edilib |
|
6. |
Məmmədov Qalib Xasay oğlu |
Nərimanov rayonu, Daş Karxanası küçəsi 106 |
İnzibati protokol tərtib edilib |
|
7. |
Abdullayev Barat Yusif oğlu |
Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
8. |
Hacıxanov Vüqar İdris oğlu |
Nizami rayonu, A.Mirzəyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
9. |
Verdiyev Şəmşir Əliş oğlu |
Nizami rayonu, O.Vəliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
10. |
İbrahimov Hüseyn Əbdülhüseyn oğlu |
Nizami rayonu, O.Vəliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Qobustan rayonu üzrə |
|||
|
11. |
Sərxanlı Qorxmaz Adil oğlu |
Qobustan şəhəri, Bakı-Qazax yolu, 90-cı km |
İnzibati protokol tərtib edilib |
|
Xaçmaz rayonu üzrə |
|||
|
12. |
Burcəliyev Mövlan Gəncəli oğlu |
Xaçmaz-Xudat yolu |
İnzibati protokol tərtib edilib |
|
13. |
Seyidov Zaur Buludxan oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
|
14. |
Ağayev Nizami Əmirağa oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
|
15. |
Almazov Şıxsəddin |
Xaçmaz-Quba yolu, Yergüc kəndi |
İnzibati protokol tərtib edilib |
|
Tovuz rayonu üzrə |
|||
|
16. |
Mehralıyev Hafiz Oruc oğlu |
Aşağı Öysüzlü kəndi |
İnzibati protokol tərtib edilib |
|
Lənkəran rayonu üzrə |
|||
|
17. |
Hüseynov Rövşən Musaxan oğlu |
Mir Mustafa Xan küçəsi |
İnzibati protokol tərtib edilib |
|
18. |
Hüseynov Nail Xosrov oğlu |
Mir Mustafa Xan küçəsi |
İnzibati protokol tərtib edilib |
|
19. |
Əsgərov Sərhad Məlik oğlu |
Mir Mustafa Xan küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Uşaq bağçasında nöqsanlar aşkarlanıb
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş