Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
25 Avqust 2023 11:16
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
24 avqust tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhərində fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
|
Səlimov Qorxmaz Nürəddin oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 10 |
İnzibati protokol tərtib edilib |
|
Namazov Tuncay Abuzər oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 2 |
İnzibati protokol tərtib edilib |
|
Əzizli Məmmədağa Əziz oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Qocayev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Eyvazov İbrahim Elşən oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şirinov küçəsi 61 |
İnzibati protokol tərtib edilib |
|
Quliyev Elmir Əhliman oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şirinov küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər
Nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən “Quzanlı” kafesində yoxlama keçirilib.
COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir
Cari ilin 10-13 may tarixlərində 49 ticarət və 63 ictimai-iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 46 ticarət və 62 ictimai-iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
“Keşlə” bazarında nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində fəaliyyət göstərən "Baku Food Center" MMC-yə məxsus Keşlə bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.