Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
24 İyun 2024 17:25
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2024-cü il 20-21 iyun tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhərində fəaliyyət göstərən 25 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Allahverdili Nicat Mehdi oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alicanov küçəsi |
İnzibati protokol tərtib edilib |
2. |
Quliyev Cavid Hüseyn oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 69 |
İnzibati protokol tərtib edilib |
3. |
Eyvazov Ariz Kərəm oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 17 |
İnzibati protokol tərtib edilib |
4. |
Əmbərli Akif Pərviz oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,Y.Eyvazov küçəsi |
İnzibati protokol tərtib edilib |
5. |
Məmmədov Asiman Nadir oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi |
İnzibati protokol tərtib edilib |
6. |
Səfərov Knyaz İsa oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi |
İnzibati protokol tərtib edilib |
7. |
Əmirahov Pərviz Qardaşxan oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
8. |
Məmmədov Cavanşir Ənvər oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 5 |
İnzibati protokol tərtib edilib |
9. |
Abbasov Sərdar İmamverdi oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 17 |
İnzibati protokol tərtib edilib |
10. |
Pəniyev Sərdar Eldar oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi |
İnzibati protokol tərtib edilib |
11. |
Həsənov Bəhruz Arif oğlu |
Binəqədi rayonu, E.Babayev küçəsi 15 |
İnzibati protokol tərtib edilib |
12. |
Ələsgərov Əli Ələsgər oğlu |
Binəqədi rayonu, E.Babayev küçəsi 27 |
İnzibati protokol tərtib edilib |
13. |
İbrahimov Sədrəddin İbrahim oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” Massivi |
İnzibati protokol tərtib edilib |
14. |
Pənaliyev Tehran Novruz oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” massivi |
İnzibati protokol tərtib edilib |
15. |
Fərzəliyev Bəxtiyar Volodiya oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi |
İnzibati protokol tərtib edilib |
16. |
Cabbarlı Xəyal Laçın oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi |
İnzibati protokol tərtib edilib |
17. |
Hacıyev Araz Əvəz oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi |
İnzibati protokol tərtib edilib |
18. |
Ağayev Əkbər Allahverdi oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” massivi |
İnzibati protokol tərtib edilib |
19. |
Quliyev Ənsər Faiq oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” massivi |
İnzibati protokol tərtib edilib |
20. |
Mehdiyev Mübariz Məcid oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” massivi |
İnzibati protokol tərtib edilib |
21. |
Həsənov Qaraca Musa oğlu |
Nərimanov rayonu, A.Heydərov küçəsi 13 |
İnzibati protokol tərtib edilib |
22. |
Əliyev Fəqani Sirac oğlu |
Nərimanov rayonu, A.Neymətulla küçəsi 26 |
İnzibati protokol tərtib edilib |
23. |
Hüseynov Nazim İsgəndər oğlu |
Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 39 |
İnzibati protokol tərtib edilib |
24. |
Əliyev Ramiz Rasim oğlu |
Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 29 |
İnzibati protokol tərtib edilib |
25. |
Qafarov Rəfail Rafiq oğlu |
Yasamal rayonu, A.Abbasov küçəsi 16 |
İnzibati protokol tərtib edilib |
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.