Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
30 Avqust 2023 14:05

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
29 avqust tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Ağcabədi, Qax, Tovuz, İsmayıllı, Masallı rayonlarında fəaliyyət göstərən 19 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
|
Laçınov Mahir Tahir oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Mustafayev küçəsi, “Bülbülə” ət dükanı |
İnzibati protokol tərtib edilib |
|
İsmayılov Vüsal Məsim oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Vəliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Qəşəmov Fərrux Qabil oğlu |
Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Əliyeva Günay Akif qızı |
Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Ələkbərov Mərifət Əmirxan oğlu |
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Novruzov Sərxan Rəhman oğlu |
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi 5 |
İnzibati protokol tərtib edilib |
|
Cabbarov İlqar Müzəffər oğlu |
Sabunçu rayonu, Zabrat qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
Ağcabədi rayonu üzrə |
|||
|
Quliyev Tural Qulu oğlu |
Ağcabədi şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
Xasıyev Elçin Əlizamin oğlu |
Ağcabədi şəhəri, Ü.Hacıbəyli küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Səmədov Soltan Səlim oğlu |
Ağcabədi şəhəri, Ü.Hacıbəyli küçəsi |
İnzibati protokol tərtib edilib |
Qax rayonu üzrə |
|||
|
Soltanov Nicat İlham oğlu |
Qax şəhəri, A.Məmmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
İbrahimli İlknur Şəmsəddin oğlu |
Qax şəhəri, Ü.Hacıbəyli küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Xodus Rauf Xamis oğlu |
Qax şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
Tovuz rayonu üzrə |
|||
|
Quliyev Orxan Etibar oğlu |
Tovuz şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
Qələndərov Vasif Vaqif oğlu |
Tovuz şəhəri, M.Musayev küçəsi |
İnzibati protokol tərtib edilib |
İsmayıllı rayonu üzrə |
|||
|
Hümbətov Cavid Şərafət oğlu |
İsmayıllı şəhəri, Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
Masallı rayonu üzrə |
|||
|
Feyzullayev Amil Tofiq oğlu |
20 Yanvar küçəsi, “Köhnə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
|
İbadov Kamran Bahaddin oğlu |
20 Yanvar küçəsi, “Köhnə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
|
Hacıyev Elməddin Tapdıq oğlu |
20 Yanvar küçəsi, “Köhnə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər

Topdansatış mağazasında saxta spirtli içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şirvan şəhəri, Xəqani küçəsində fəaliyyət göstərən, Cəfərov Cavid Balamirzə oğluna məxsus topdansatış mağazasında yoxlama keçirib. Baxış zamanı iaşə obyektində 168 ədəd 1 litrlik, 163 ədəd 0.7 litrlik, 224 ədəd 0.5 litrlik “Belaruska” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və uyğunsuzluq aşkarlanmış məhsulların satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.

Qəhvəyi mərmər bağacığına qarşı tədbirlər davam etdirilir
Qəhvəyi mərmər bağacığının respublikada yayılmasının qarşısının alınması, mövcud yayılma ocaqlarının ləğv edilməsi və fitosanitar sabitliyin qorunub saxlanılması məqsədilə tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı əsasında yaradılan Regional Əlaqələndirmə Mərkəzinin Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə İşçı qrupunun görüşü keçirilib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin əməkdaşları və yerli icra hakimiyyəti orqanlarının nüməyəndələri iştirak ediblər. Görüş zamanı Nazirlər Kabinetinin müvafiq Sərəncamından irəli gələn məsələlər haqqında geniş məlumat verilib. Qarşıda duran cari problemlər və icrası vacib məsələlər müzakirə olunub. Qeyd edək ki, Regional Əlaqələndirmə Mərkəzlərində “Qaynar Xətt” fəaliyyət göstərir. Vətəndaşlar aşağıdakı telefon nömrələrinə zəng vuraraq, zərərvericiyə qarşı mübarizə tədbirləri barədə məlumatlar əldə edə bilərlər: +994 99 708 85 88 (Qərb rayonları üzrə) +994 99 308 85 88 (Şimal-qərb rayonları üzrə)

Beyləqanda marketdə saxta spirtli içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Beyləqan şəhəri, Magistral küçəsində fəaliyyət göstərən, Əliyev Asim Pəsi oğluna oğluna məxsus “Beyləqan” marketdə yoxlama keçirib. Baxış zamanı marketdə “Ağsu”, “Qafqazkaya“ və “Belaya” əmtəə nişanlı müxtəlif həcmli saxta spirtli içkilər aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub. Saxta spirtli içkilərin satışı qadağan edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.