Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
5 Avqust 2024 12:20
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
29.07.2024-02.08.2024 tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhərində fəaliyyət göstərən 24 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanan uyğunsuzluqlarla əlaqədar inzibati tədbirlər görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Şükürov Hümbət Cabbar oğlu |
Nəsimi rayonu, Kaveroçkin küçəsi 21 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
2. |
Şükürov Nicat Hümbət oğlu |
Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 33 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
3. |
Məmmədov Natiq İsa oğlu |
Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi 125 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
4. |
Acımış Özgür Necati oğlu |
Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi 112 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
5. |
Şirinov Rəfail Ələkbər oğlu |
Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi 47 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
6. |
Məmişov Vicay Abbas oğlu |
Nəsimi rayonu, İzzət Həmidov küçəsi 3 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
7. |
Möhsümov Aqil Məhər oğlu |
Binəqədi rayonu, Mir Cəlal küçəsi 127 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
8. |
Abdurrahmanov Zaur Şahid oğlu |
Binəqədi rayonu, Mir Cəlal küçəsi 127 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
9. |
Bayramov Vəli Əliş oğlu |
Binəqədi rayonu, Mir Cəlal küçəsi 127 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
10. |
Əsgərov Hüseyn Həsən oğlu |
Binəqədi rayonu, Mir Cəlal küçəsi 127 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
11. |
Mikayılov Firqət Vəzir oğlu |
Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
12. |
Quliyev Elbəyi Məhəmməd oğlu |
Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi 118 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
13. |
Bastanov Vüqar Şahmirzə oğlu |
Nəsimi rayonu, Lev Tolstoy küçəsi 151 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
14. |
İbrahimov Elçin Əlövsət oğlu |
Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 184 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
15. |
Hüseynov Səbuhi Nadir oğlu |
Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi 246 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
16. |
Əsgərov İkram Sadiq oğlu |
Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 249 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
17. |
Muradov Eldar Əmiraslan oğlu |
Səbail rayonu, 20-ci sahə qəsəbəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
18. |
Turabov İlqar Musa oğlu |
Binəqədi rayonu, A. Kunanbayev küçəsi 185B |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
19. |
İsmayılov Rafiq Qardaşxan oğlu |
Səbail rayonu, Ömər Faiq Neymanzadə küçəsi 3 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
20. |
Səmədov Əli Rəhbər oğlu |
Binəqədi rayonu, A. Kunanbayev küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
21. |
Allahverdiyev Rövşən Xurşud oğlu |
Səbail rayonu, Arif İsmayılov küçəsi 21 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
22. |
İbrahimov Ələddin Əli oğlu |
Səbail rayonu, 20-ci sahə dairəsi, Araz marketin yanı |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
23. |
Allahyarov Rafiq Canyar oğlu |
Səbail rayonu, Z. Yusifzadə küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
24. |
İlyasov Əhəd Şükür oğlu |
Səbail rayonu, Gülbala Əliyev küçəsi 24 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər
AQTA: İctimai iaşə və qida satışı müəssisələrində aşkar edilən nöqsanlar aradan qaldırılır
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Bakı şəhərinin Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilən yoxlamalar zamanı müəyyən edilən nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülən tədbirlər nəticəsində müəssisələrdə aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: • Fiziki şəxs Məmmədov Elvin Əli oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 40H ünvanında yerləşən “Təndirxana” ictimai iaşə müəssisəsi; • Fiziki şəxs Qafarov Əşrəf Nüslət oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi, 49A ünvanında yerləşən “Minkənd” kafesi; • Fiziki şəxs Quliyev Cavanşir Tair oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quliyev küçəsi, ev 114, 114 saylı məktəbin yaxınlığında fəaliyyət göstərən “Unlu qənnadı məmulatların emalı və satışı” mağazası.
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb – VİDEO
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 9 ünvanında fəaliyyət göstərən Qaragözov Səxavət Sərdər oğluna məxsus çörək emalı müəssisəsində plandankənar yoxlama keçirilib.
“Qala Qəbələ” ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Binəqədi rayonu, Mir Cəlal küçəsi, 105 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Bərxudarov Nəsir Adil oğluna məxsus “Qala Qəbələ” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, eləcə də sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, istehlakçılara təqdim olunan 12 ədəd 0,5 litrlik “Banketnaya” əmtəə nişanlı araq məhsulunun saxta olduğu aşkarlanıb. Həmçinin müəssisədə istifadə edilən ət məhsullarının müşayiətedici sənədlərinin olmadığı, mənşəyi məlum olmayan turşu məhsullarından istifadə edildiyi və çiy tərəvəzlərin qida təhlükəsizliyi tələblərinə uyğun olmayan şəraitdə saxlanıldığı müəyyən olunub. Bundan əlavə, müəssisədə zərərvericilərə qarşı mübarizə üçün zəruri şəraitin yaradılmadığı, temperatur monitorinqinin aparılmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, avadanlıqların çirkli vəziyyətdə saxlanıldığı və təmizlik işlərinə dair müvafiq cədvəllərin olmadığı aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Aşkar olunmuş uyğunsuzluqlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlər görülüb. AQTA tərəfindən qida təhlükəsizliyi tələblərinə əməl olunması ilə bağlı nəzarət tədbirləri davam etdirilir.
Giriş