Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
30 Sentyabr 2024 11:17
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2024-cü il 23-27 sentyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Lənkəran, Cəlilabad, Ağdam rayonlarında fəaliyyət göstərən 20 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
|
Həsənov Elbrus Əlifağa oğlu |
Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 24 |
İnzibati protokol tərtib edilib |
|
|
Mehdizadə Cəbrayıl Xəqani oğlu |
Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi 14A |
İnzibati protokol tərtib edilib |
|
|
Nəcəfov Nəcəf Nəzir oğlu |
Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 13 |
İnzibati protokol tərtib edilib |
|
|
Sultanov Murad Eldar oğlu |
Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 20 |
İnzibati protokol tərtib edilib |
|
|
Xanməmmədov Əkbər Əzim oğlu |
Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 28 |
İnzibati protokol tərtib edilib |
|
|
Qasımov Rəşad Həsənqulu oğlu |
Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi 7 |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədov Mürvət Natiq oğlu |
Səbail rayonu, Salyan yolu küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Quliyev Vəli Zahid oğlu |
Səbail rayonu, E.Əzizov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
İsayev Səlvər Sarı oğlu |
Səbail rayonu, Bayıl qəsəbəsi, A.Məmmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Mürsəlov Elnur Nurəddin oğlu |
Səbail rayonu, S.Məmmədov küçəsi 29 |
İnzibati protokol tərtib edilib |
|
|
Əsədov Ramil Barat oğlu |
Səbail rayonu, S.Məmmədov küçəsi 8 |
İnzibati protokol tərtib edilib |
|
|
İxtiyarov Nizami Şamil oğlu |
Nizami rayonu, Ə.Kürçaylı küçəsi 2 |
İnzibati protokol tərtib edilib |
|
|
Abdullayev Bəhruz Adil oğlu |
Yasamal rayonu, M.Xiyabani küçəsi 33 |
İnzibati protokol tərtib edilib |
|
|
Allahverdiyev Xaliq Eldar oğlu |
Yasamal rayonu, M.Xiyabani küçəsi 91 |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədov Mirzə Süleyman oğlu |
Yasamal rayonu, M.Xiyabani küçəsi 95 |
İnzibati protokol tərtib edilib |
|
|
Qurbanov Sənani Vəfadar oğlu |
Yasamal rayonu, D.Bünyadzadə küçəsi 232 |
İnzibati protokol tərtib edilib |
|
Abşeron rayonu üzrə |
|||
|
|
Seyidələsgərov Sədrəddin Adil oğlu |
Xırdalan şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
Lənkəran rayonu üzrə |
|||
|
|
Səfərov Rasim Balasət oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Cəlilabad rayonu üzrə |
|||
|
|
Ağayev Rəsul Ceyhun oğlu |
H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
Ağdam rayonu üzrə |
|||
|
|
Şükürov Bəhruz Nəsir oğlu |
H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
Oxşar xəbərlər
Masallıda topdansatış anbarında mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı şəhəri, M.C.Talışxanov küçəsində fəaliyyət göstərən, Quliyeva Şəfa Nəcəfqulu qızına məxsus topdansatış anbarında plandankənar yoxlama keçirib. Baxış zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, anbarda “Stoliçnaya”, “Sevryuga” və “Organic Vodka” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati protokol tərtib edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırma davam etdirilir.
Meyvə şirələri ilə bağlı nəzarət tədbirləri keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təsdiq edilmiş Monitorinq Planına uyğun olaraq, istehlakçı hüquqlarının qorunması məqsədilə satış obyektlərində satışa çıxarılan meyvə şirəsi və nektar məhsulları üzrə nəzarət tədbirləri həyata keçirilib. Monitorinq çərçivəsində 16 istehsalçı müəssisəyə məxsus 17 məhsuldan nümunələr götürülərək qida rəngləyiciləri, qoruyucu maddələr və orqanoleptik göstəricilər üzrə laborator müayinələrə təqdim olunub. Sınaq nəticələrinə əsasən, 4 istehsalçı müəssisəyə məxsus 5 məhsulda meyvə və tərəvəz nektarları, eləcə də konsentratlarından əldə olunan məhsullarda istifadəsinə yol verilməyən rəngləyici maddələr aşkarlanıb. Uyğunsuzluqlar “Göyçay Süd” ASC, “Drop Be-Az” MMC, “İmperial 01” MMC və “LG Konserv” MMC-yə məxsus məhsullarda müəyyən edilib. Bundan əlavə, “İmperial 01” MMC-yə məxsus nar şirəsi emalı müəssisəsində aparılmış yoxlama zamanı ciddi sanitariya-gigiyena pozuntuları aşkarlanıb. Bununla əlaqədar müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Müvafiq normativ sənədin tələblərinə əsasən, aşkarlanan rəngləyici maddələrin yalnız dad-aromatik maddələr əlavə edilmiş içkilərdə istifadəsinə icazə verilir. Meyvə şirələri və nektarlarda isə həmin maddələrin istifadəsinə yol verilmir. Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb və icrası məcburi göstərişlər verilib. Qəbul edilmiş müvafiq qərar əsasında ticarət şəbəkələrindən geri çağırılmış məhsul partiyalarının məhv edilməsi nəzərdə tutulur.
Masallıda 3 tondan çox istehlaka yararsız ət aşkarlanıb - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Masallı rayonu, Kürdəbaz kəndində yerləşən fiziki şəxs Qardaşov Mahir Bəbir oğluna məxsus soyuducu anbarda reyd keçirilib. Yoxlama zamanı ümumi çəkisi 3050 kq olan və korlanma əlamətləri müşahidə edilən ətlər aşkar olunub. Məhsulların dövriyyəsinin qarşısı dərhal alınıb, onlardan nümunələr götürülərək laborator müayinələrə göndərilib. Laborator sınaqların nəticələrinə əsasən, sözügedən ətlərin insan istehlakı üçün yararsız olduğu təsdiqlənib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür, istehlaka yararsız ətlərin məhv edilməsi istiqamətində işlər davam etdirilir. Daha ətraflı:
Giriş