Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
24 Dekabr 2024 17:10
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2024-cü il 16-20 dekabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən 17 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
|
Abdullazadə Abdulla Qorxmaz oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 10 |
İnzibati protokol tərtib edilib |
|
|
Eyvazov Ariz Kərəm oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 17 |
İnzibati protokol tərtib edilib |
|
|
Allahverdiyev Nicat Mehdi oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 17 |
İnzibati protokol tərtib edilib |
|
|
Quliyev İmran Cavid oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 17 |
İnzibati protokol tərtib edilib |
|
|
Heydərov Ramil İmran oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 19 |
İnzibati protokol tərtib edilib |
|
|
Abdullayev Yasin Hüseyn oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Hacınski küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədov Asiman Nadir oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Yaşayış Massivi |
İnzibati protokol tərtib edilib |
|
|
Nəzərov Məzahir Sahib oğlu |
Suraxanı rayonu, İ.Musayev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədov Hüseyn Kərim oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Namazov Tuncay Abuzər oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 2 |
İnzibati protokol tərtib edilib |
|
|
Fərzəliyev Bəxtiyar Volodiya oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi |
İnzibati protokol tərtib edilib |
|
|
İbrahimov Sədrəddin İbrahim oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi |
İnzibati protokol tərtib edilib |
|
|
Pənəliyev Təbriz Novruz oğlu |
Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi, “V” massivi |
İnzibati protokol tərtib edilib |
|
|
Əliyev Sevindik Mehman oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Zərbəliyev Kərim Məhbub oğlu |
Xətai rayonu, Cavanşir küçəsi 44 |
İnzibati protokol tərtib edilib |
|
Abşeron rayonu üzrə |
|||
|
|
Babakişiyev Əli Oruc oğlu |
Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədli Rəhim İlqar oğlu |
Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi |
İnzibati protokol tərtib edilib |
Oxşar xəbərlər
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
AQTA əməkdaşı badminton yarışında yer tutub
Gənclər və İdman Nazirliyi və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin İdxal və ixraca nəzarət şöbəsinin əməkdaşı Cavid Əlizadə kişilər arasında 2-ci yeri qazanıb. Yarışda ümumilikdə 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.
AQTA-da tələbələr istehsalat təcrübəsi keçib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində istehsalat təcrübəsi keçiblər. Təcrübə proqramı çərçivəsində tələbələr ilkin istehsal müəssisələrində, o cümlədən istixanalarda aparılan monitorinqlərdə iştirak ediblər. Monitorinqlər zamanı onlar bitkiçilik məhsullarının ilkin istehsalı prosesi, istehsal sahələrində sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi və qida təhlükəsizliyi tələblərinə əməl olunması istiqamətində həyata keçirilən tədbirlərlə yerində tanış olublar. Tələbələr ilkin istehsal mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi, eləcə də mümkün risklərin müəyyənləşdirilməsi və qarşısının alınması istiqamətində praktiki biliklər əldə ediblər. Eyni zamanda, nəzəri biliklərinin praktikada tətbiqi, monitorinq prosesinin təşkili və müvafiq tələblərin icrası ilə bağlı təcrübə əldə ediblər. Bu cür təcrübə proqramları gələcək aqrar sahədə mütəxəssislərin peşə hazırlığının gücləndirilməsi, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin qida təhlükəsizliyi ilə bağlı ixtisaslı kadr potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş