Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
24 Avqust 2022 18:15
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
23 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 12 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 37 məntəqədə isə kəsim qurğuları sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanusuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
1. |
Nəsibov Ramiz Məhəmməd oğlu |
Yasamal rayonu, 2-ci Alatava küçəsi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
2. |
Əliyev Əhliman Hüseyn oğlu |
Yasamal rayonu, 2-ci Alatava küçəsi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
3. |
Rüstəmov Ceyhun Atabala oğlu |
Yasamal rayonu, D. Bünyadzadə küçəsi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
4. |
Cəfərov Mahal Şamil oğlu |
Yasamal rayonu, D. Bünyadzadə küçəsi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
5. |
Kərimov Emil Abdulkərim oğlu |
Yasamal rayonu, Z. Kərimov küçəsi 294-314 |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
6. |
Əhmədov Mövlam Rəsul oğlu |
Yasamal rayonu, Xaqan Dadaşov küçəsi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
7. |
Məlikov Pərviz Salar oğlu |
Yasamal rayonu, Mikayil Müşviq küçəsi 4 |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
8. |
Şirinov İlham Telman oğlu |
Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 23 |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
9. |
İsayev Nəriman Xeyri oğlu |
Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi 16A |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
10. |
Həsrətov Novruz Teymur oğlu |
İsmayıllı şəhəri, Nizami küçəsi |
İnzibati protokol tərtib edilib |
11. |
Musayev İsmət Şofqat oğlu |
Şamaxı şəhəri, N. Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
12. |
Kərimov Eyvaz Kərim oğlu |
Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
13. |
Muradov Əbdül İbad oğlu |
Sumqayıt şəhəri, Sumqayıt Dəmiryol Stansiyasının yanı |
Qanunsuz metal konstruksiyalar sökülüb |
14. |
Süleymanov Ələkbər Etibar oğlu |
Sumqayıt şəhəri, Sumqayıt Dəmiryol Stansiyasının yanı |
Qanunsuz metal konstruksiyalar sökülüb |
15. |
Əstanov Rasim Xanış oğlu |
Sumqayıt şəhəri, Sumqayıt Dəmiryol Stansiyasının yanı |
Qanunsuz metal konstruksiyalar sökülüb |
16. |
Xuduyev Asif Vəli oğlu |
Sumqayıt şəhəri, Sumqayıt Dəmiryol Stansiyasının yanı |
Qanunsuz metal konstruksiyalar sökülüb |
17. |
Nəsirov Vüsal Fidayət oğlu |
Sumqayıt şəhəri, 11-ci mkr., bina 2B |
Qanunsuz metal konstruksiyalar sökülüb |
18. |
Namazov İlkin Akif oğlu |
Tovuz rayonu, Əyyublu kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
19. |
Kərimov Zülfiqar Nadir oğlu |
Tovuz rayonu, Əyyublu kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
20. |
Sadıqov Ədalət İslam oğlu |
Tovuz rayonu, Əyyublu kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
21. |
Sadıqov Nüsrət İslam oğlu |
Tovuz rayonu, Əyyublu kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
22. |
İsmayılov Elçin Mübariz oğlu |
Tovuz rayonu, Əyyublu kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
23. |
Ağayev İqbal Azər oğlu |
Nizami rayonu, Ə. Kürçaylı küçəsi 1f |
Qanunsuz metal konstruksiyalar sökülüb |
24. |
Babayev Elçin Əlhüseyn oğlu |
Nizami rayonu, T. Abbasov küçəsi 23/1 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
25. |
Qurbanov Arzu Cahandar oğlu |
Nizami rayonu, T.Abbasov küçəsi 37 |
Qanusuz metal konstruksiyalar sökülüb |
26. |
Hacıyev İdeal Asif oğlu |
Nizami rayonu, Özbəkistan küçəsi 26 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
27. |
Həsənov Vasif Kamal oğlu |
Nizami rayonu, Ə.Vəliyev küçəsi 5 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
28. |
Məmmədov Qoşqar Məmməd oğlu |
Nizami rayonu, S.Balakişiyev küçəsi 26k |
Qanunsuz metal konstruksiyalar sökülüb |
29. |
Nuriyev Asif Yusub oğlu |
Nizami rayonu, R.Rüstəmov küçəsi 29 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
30. |
Quliyev Xəyal Azər oğlu |
Nizami rayonu, Ə.Vəliyev küçəsi 34g |
Qanunsuz metal konstruksiyalar sökülüb |
31. |
Hüseynov Vüqar Sədrəddin oğlu |
Nizami rayonu, K.Balakişiyev küçəsi 215 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
32. |
Almazov Mehman Sarıbala oğlu |
Salyan rayonu, Qaraçala kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
33. |
Abdullayev Rəşad Valeh oğlu |
Salyan rayonu, Qaraçala kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
34. |
Ağarzadə Şəhriyar |
Salyan rayonu, Qaraçala kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
35. |
Ağarzayev Xəyal Məzlum oğlu |
Salyan rayonu, Qaraçala kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
36. |
İsmayılov Rasim Cankişi oğlu |
Salyan rayonu, Qaraçala kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
37. |
Quliyev Çərkəz İlham oğlu |
Bərdə şəhəri |
Qanunsuz metal konstruksiyalar sökülüb |
38. |
Quliyev Çərkəz İlham oğlu |
Bərdə rayonu, Güloğullar kəndi, Təzəbazar ərazisi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
39. |
Quliyev Çərkəz İlham oğlu |
Bərdə şəhəri, Fizuli küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
40. |
Seyidov Zaur Buludxan oğlu |
Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Bərdədə heyvan satışı bazarında ciddi nöqsanlar müəyyən edilib
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus heyvan satışı bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb. Baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa günəş şüaları altında saxlandığı, əl yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.