Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
29 Avqust 2022 16:09
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
26 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 12 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 38 məntəqədə isə kəsim qurğuları sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
1. |
İsmayılov Zahir Marif oğlu |
Xətai rayonu, Telnov küçəsi 3 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
2. |
Əliyev Zöhrab İbiş oğlu |
Xətai rayonu, Telnov küçəsi 19 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
3. |
Mustafayev Bəhruz Eldar oğlu |
Xətai rayonu, Telnov küçəsi 19 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
4. |
Məmmədov Sumbat Eyyub oğlu |
Xətai rayonu, Telnov küçəsi 19 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
5. |
Şirinov Seymur Məhərrəm oğlu |
Xətai rayonu, Telnov küçəsi 19 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
6. |
Sadiqov Oruc Rövşən oğlu |
Xətai rayonu, Telnov küçəsi 9 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
7. |
Məmmədov Nəriman Nəcəf oğlu |
Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 31 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
8. |
Abbasov Sərdar |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N. İsmayılov küçəsi 17 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
9. |
Cəfərov Namiq Ramiz oğlu |
Xətai rayonu, Şıxlinski küçəsi 37 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
10. |
Mazanov Səxavət Rizvan oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
11. |
İbrahimov Bayram Kamal oğlu |
Xətai rayonu, Məhəmməd Hadi küçəsi 41 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
12. |
Həsənov Bəşir Qardaşxan oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə. Xəlilov küçəsi 4 |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
13. |
Nuriyev Fəqani Fərrux oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M. F. Axundov küçəsi 108 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
14. |
Əmrahov Pərviz Qardaşxan oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.B.Xasmməmədov küçəsi 13A |
Qanunsuz metal konstruksiyalar sökülüb |
15. |
Abdullayev Bəhruz Adil oğlu |
Yasamal rayonu, M. Xiyabani küçəsi 33 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
16. |
Quliyev Nurəddin Aydın oğlu |
Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 686-692 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
17. |
Məmmədov Mirzə Süleyman oğlu |
Yasamal rayonu, M. Xiyabani küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
18. |
Tapdıqlı Elməddin Səfadar oğlu |
Yasamal rayonu, M. Xiyabani küçəsi 89 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
19. |
Alışov Pərviz Ağaverdi oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
20. |
İbrahimov Ələsgər Mərdan oğlu |
Yasamal rayonu, 1-ci Alatava |
Qanunsuz metal konstruksiyalar sökülüb |
21. |
Qəhrəmanov Qardaşxan Məcid oğlu |
Yasamal rayonu, 1-ci Alatava |
Qanunsuz metal konstruksiyalar sökülüb |
22. |
Ağayev Nazim Hüseyn oğlu |
Masazır qəsəbəsi, Qurtuluş 93 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
23. |
Əkbərov Zöhrab Yusifəli oğlu |
Tovuz rayonu, Alakol kəndi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
24. |
Mehdizadə Ağabəy |
Ağcabədi rayonu, Ağabəyli kəndi |
İnzibati protokol tərtib edilib |
25. |
Əliyev Anar Teymur oğlu |
Bərdə şəhəri |
İnzibati protokol tərtib edilib |
26. |
Həsənov Avaz Niyaz oğlu |
Bərdə şəhəri |
İnzibati protokol tərtib edilib |
27. |
Hüseynov Elşən Eldar oğlu |
İsmayıllı şəhəri, Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
28. |
Comərdov Həbib Mansur oğlu |
İsmayıllı şəhəri, Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
29. |
Salmanov Mürşüd Həmid oğlu |
İsmayıllı şəhəri, Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
30. |
Alıyev Sərdar Paşa oğlu |
Tovuz rayonu, İbrahimhacılı kəndi |
İnzibati protokol tərtib edilib |
31. |
Tağıyev İsa Salman oğlu |
Tovuz rayonu, İbrahimhacılı kəndi |
İnzibati protokol tərtib edilib |
32. |
Bayramov Cavad Bəhruz oğlu |
Tovuz rayonu, Alakol kəndi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
33. |
İmanov İqbal Akif oğlu |
Bərdə rayonu, Yeni Daşkənd kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
34. |
Salmanov İslam Adil oğlu |
Salyan rayonu, Yenikənd kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
35. |
Heydərov Elşad Aydın oğlu |
Salyan rayonu, Yenikənd kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
36. |
Şahbazov Vasif Vaqif oğlu |
Salyan rayonu, Yenikənd kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
37. |
Qocayev Əliyar Fəxrəddin oğlu |
Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 24 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
38. |
Məmmədov Vüsal |
Gəncə şəhəri, Azərbaycan küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
39. |
Əliyev İlqar Vilayət oğlu |
Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
40. |
Camalov Qalib Nəbi oğlu “Tac Ət” |
Gəncə şəhəri, Tbilisi küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
41. |
Mirzəyev Şahvar |
Gəncə şəhəri, Gülüstan qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
42. |
Musayev Nəsimi |
Gəncə şəhəri, Gülüstan qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
43. |
Əsgərov Zabit |
Gəncə şəhəri, Gülüstan qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
44. |
Musayev Zakir Mahmud oğlu |
Gəncə şəhəri, Gülüstan qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
45. |
Hüseynova Gülnarə Tahir qızı |
Gəncə şəhəri, Təbriz küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
46. |
Əliyev Azad Teymurşah oğlu |
Xaçmaz şəhəri, İzmayılovka qəsəbəsi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.