Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
31 Avqust 2022 17:56
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
30 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 15 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 37 məntəqədə isə kəsim qurğuları sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
1. |
Əliyev Faiq Nüşavan oğlu |
Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
2. |
Nəciyev Rövşən Fərman oğlu |
Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
3. |
Pənəliyev Qabil Kərəm oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, döngə 11 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
4. |
Səmədov Əli Rəhbər oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
|
5. |
Alıyev Asif Qələndər oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
6. |
Əliyev Qədir Nahid oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
|
7. |
Rəcəbli Tural Şirxan oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi 10 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
8. |
Əhmədov Natiq Eldar oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Mehbalıyev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
9. |
Məmmədov Elbrus Fazil oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, mədən 3, korpus 108 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
10. |
Babayev Fəxrəddin Fərhad oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, heyvan bazarı |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
11. |
Paşayeva Ofilə Əli qızı |
Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
12. |
Alıyev Nofəl Qələndər oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat yolu, Şəhər şosesi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
13. |
Məmmədov Fariz Fazil oğlu |
Bakı şəhəri, Binəqədi rayonu |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
14. |
Səmədov Yolçu İsgəndər oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Zabrat yolu, Şəhər şosesi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
15. |
Həsənov Natiq İdris oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
16. |
Pirimov Ədalət İsmayıl oğlu |
Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 8 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
17. |
Qasımov Qulu Əliş oğlu |
Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
18. |
Bəbişzadə Tacir Qulu oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
19. |
Məmmədov Sənan Səyavuş oğlu |
Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Rəşid Bağırov küçəsi, ev 68 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
20. |
Əliaslanlı Emil Sirac oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 7 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
21. |
Abdullayev İsmayıl Abdulla oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
22. |
Xanəliyev Rəşad Firəddin oğlu |
Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
23. |
Əsgərov Səttar Ələsgər oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E. Mehdiyev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
24. |
Aslanov Taleh Aslan oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Zabrat yolu, Şəhər şosesi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
25. |
Hüseynov Elxan |
Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
26. |
Əmralıyev Valeh Əbirxan oğlu |
Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
27. |
Xəlilov Əlzamin |
Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
28. |
İbrahimli Rafael |
Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
29. |
İlyasov Habil |
Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
30. |
Abbasov Zamik Alim oğlu |
Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
31. |
Ağayev Eynulla Gülü oğlu |
Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
32. |
Ağayev Abdulla Hüseynağa oğlu |
Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
33. |
Şirinov Röyal |
Ağcabədi rayonu, Laçın Tağıyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
34. |
Qasımov Adil |
Ağcabədi rayonu, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
35. |
Rəsulov Tapdıq |
Ağcabədi rayonu, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
36. |
Musayev Şəmil |
Ağcabədi rayonu, Qarabağ küçəsi |
İnzibati protokol tərtib edilib |
|
37. |
Yusibov Natiq |
Ağcabədi rayonu, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
38. |
Ağayev Dilqəm Nəriman oğlu |
Gəncə şəhəri, Gülüstan qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
39. |
Zeynalov Əkbər İbrahim oğlu |
Gəncə şəhəri, Əziz Əliyev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
40. |
Rzayev Xaliq Rza oğlu |
Tovuz rayonu, Əyyublu kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
41. |
Məhərrəmov Sabir Bahadur oğlu |
Tovuz rayonu, Düz Qırıqlı kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
42. |
Rzayev Eşqin İlham oğlu |
Tovuz rayonu, Düz Qırıqlı kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
43. |
Pənahov Elmir Maryak oğlu |
Salyan rayonu, Şorsulu kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
44. |
Bəşirov Ziya Əlmirzə oğlu |
Salyan rayonu, Sarvan kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
|
45. |
Gülüşov Azər Xudaverdi oğlu |
Salyan rayonu, Qızılağac kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
46. |
Hüseynov Rəşad Əlikram oğlu |
İsmayıllı şəhəri, Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
|
47. |
Zülfiqarov Anar Valeh oğlu |
İsmayıllı şəhəri, Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
|
48. |
Xəlilov İntizar Misir oğlu |
Şəki şəhəri, “Şəki Bazar” ASC-nin ərazisi |
İnzibati protokol tərtib edilib |
|
49. |
Məmmədov Kamal |
Şəki şəhəri, “Şəki Bazar” ASC-nin ərazisi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
Giriş