Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
8 Dekabr 2022 15:01
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
7 dekabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı, Gəncə şəhərləri və Abşeron, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 6 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 7 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
İsmayılov Vüsal Mənsim oğlu |
Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
2. |
Həsənov Rəfail Rövşən oğlu |
Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
3. |
Məmmədov Niyaz Cahangir oğlu |
Xəzər rayonu, Zirə qəsəbəsi, S.Ə.Şirvani küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
Gəncə şəhəri üzrə |
|||
|
4. |
Hüseynov Mətləb Elman oğlu |
M.Bağırov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Abşeron rayonu üzrə |
|||
|
5. |
Quliyev Eldar Nəriman oğlu |
Məhəmmədi kəndi, Ə.Məlikov küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
6. |
Hüseynli Qeyrət Cəfər oğlu |
Məhəmmədi kəndi, H.Əliyev küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
7. |
Yusifov Elçin Absət oğlu |
Məhəmmədi kəndi, Ə.Əliyev küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
8. |
Cəbrayılov İbrahim Səbuhi oğlu |
Məhəmmədi kəndi, Ə.Məlikov küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
Xaçmaz rayonu üzrə |
|||
|
9. |
Əhmədov Əzim Bəhruz oğlu |
Nərəcan kəndi |
İnzibati protokol tərtib edilib |
|
10. |
Ağayev Nemət Sadıq oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş