Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
14 Dekabr 2022 17:56

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
13 dekabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Tərtər, Gədəbəy, Goranboy, Sabirabad rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 24 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 9 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
İsaxanov Qorxmaz Saleh oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
2. |
Həsənov Niyaməddin Möhübbət oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
3. |
Dərdayılov Ehtiram Rəfail oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
4. |
Beydiyev Kamran Ağa oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
5. |
Şükürov Adil Arif oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 4 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
6. |
Novruzov Əlisultan Ələmşad oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
7. |
Hacıyev Nüsrəddin Hacı oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məh. 5057/68 |
İnzibati protokol tərtib edilib |
8. |
Rəhimov Asim Yasən oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
9. |
Abdullayev Mahmud Paşa oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
10. |
Quliyev Akif Ağaşirin oğlu |
Binəqədi rayonu, Binəqədi şosesi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
11. |
Vəliyev Səməd Hümmət oğlu |
Binəqədi rayonu, Binəqədi şosesi |
İnzibati protokol tərtib edilib |
Tərtər rayonu üzrə |
|||
12. |
İbrahimli İbrahim İlqar oğlu |
Düyərli kəndi |
İnzibati protokol tərtib edilib |
Gədəbəy rayonu üzrə |
|||
13. |
Cavadov Xanəli Ramazan oğlu |
S.Vurğun küçəsi |
İnzibati protokol tərtib edilib |
14. |
Hüseynov Azər Səməndər oğlu |
Slavyanka kəndi |
İnzibati protokol tərtib edilib |
15. |
Quliyev Şakir Əli oğlu |
Slavyanka kəndi |
İnzibati protokol tərtib edilib |
16. |
Cəfərov Yavər Paşa oğlu |
Slavyanka kəndi |
İnzibati protokol tərtib edilib |
Goranboy rayonu üzrə |
|||
17. |
Bayramov Oqtay Vahid oğlu |
Qaraçinar kəndi |
İnzibati protokol tərtib edilib |
18. |
Cəlilov Əkbər Mahir oğlu |
Qaraçinar kəndi |
İnzibati protokol tərtib edilib |
19. |
Əhmədov İlyas |
Qaraçinar kəndi |
İnzibati protokol tərtib edilib |
20. |
Qocayev Əvəz Telman oğlu |
Aşağı Ağcakənd qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
21. |
Abışov Bəbir Əli oğlu |
Aşağı Ağcakənd qəsəbəsi, Ə.Hacıyev küçəsi |
İnzibati protokol tərtib edilib |
Sabirabad rayonu üzrə |
|||
22. |
Axundzadə Nurlan Aydın oğlu |
Qalaqayın kəndi |
İnzibati protokol tərtib edilib |
23. |
Əsədov Turan Yafət oğlu |
Sabirabad şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
24. |
Nuriyev Murşud Əlimusa oğlu |
V.Əhmədov küçəsi, Mərkəzi Bazar |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.