Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
23 Fevral 2023 11:51
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
21-22 fevral tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Qazax, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 22 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 10 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Məmmədov Elnur Nazim oğlu |
Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
2. |
Aydınov Qərib Koroğlu oğlu |
Binəqədi rayonu, 8-ci mkr, Ş.Məmmədova küçəsi |
İnzibati protokol tərtib edilib |
|
3. |
Cəfərov Namiq Ramiz oğlu |
Xətai rayonu, Şıxlinski küçəsi 37 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
4. |
Verdiyev Natiq Bəbir oğlu |
Xətai rayonu, Şıxlinski küçəsi 39A |
İnzibati protokol tərtib edilib |
|
5. |
Quliyev Əkrəm Rzaqulu oğlu |
Xətai rayonu, N.Tusi küçəsi 277 |
İnzibati protokol tərtib edilib |
|
6. |
Rüstəmov Mehman Məhərrəm oğlu |
Xətai rayonu, N.Tusi küçəsi 31 |
İnzibati protokol tərtib edilib |
|
7. |
Hüseynov Elxan Bayraməli oğlu |
Xətai rayonu, N.Tusi küçəsi 31 |
İnzibati protokol tərtib edilib |
|
8. |
İsmayılov Xəqani Vaqif oğlu |
Xətai rayonu, N.Tusi küçəsi 49 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
9. |
Şıxaliyev Hikmət Fuad oğlu |
Xətai rayonu, N.Tusi küçəsi 49 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
10. |
Familli Nurlan Vüqar oğlu |
Xətai rayonu, G.S.Mehmandarov küçəsi, ev 72 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
11. |
İbayev Elnur İsmayıl oğlu |
Xətai rayonu, N.Tusi küçəsi 28 |
İnzibati protokol tərtib edilib |
|
12. |
Nəzərov Əvəz Ağaxan oğlu |
Xətai rayonu, İ.İsmayılov küçəsi 8 |
İnzibati protokol tərtib edilib |
|
13. |
Mustafayev Nazim Nüsrət oğlu |
Xətai rayonu, İ.İsmayılov küçəsi 8 |
İnzibati protokol tərtib edilib |
|
14. |
Dadaşov İsa Rüstəm oğlu |
Qaradağ rayonu, Lökbatan qəs., İ.Nəbiyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
15. |
Tahirov Vaqif Vüqar oğlu |
Qaradağ rayonu, Lökbatan qəs., B.Niftəliyev küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
16. |
Mustafayev Musa Cəfər oğlu |
Qaradağ rayonu, Lökbatan qəs., keçid 1595 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
17. |
Allahverdiyev Mehman Səməd oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
18. |
Yusifov Ənnağı Məmməd oğlu |
Qaradağ rayonu, Lökbatan qəs., A.Şəbiyev küçəsi 31 |
İnzibati protokol tərtib edilib |
|
19. |
Quliyev Teymur Nizami oğlu |
Qaradağ rayonu, Lökbatan qəs., keçid 1595 |
İnzibati protokol tərtib edilib |
|
20. |
Rzayev Faqət Zülfü oğlu |
Qaradağ rayonu, Lökbatan qəs., Nizami küçəsi 13 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
21. |
Məmmədhəsənov Niyaməddin Tariyel oğlu |
Qaradağ rayonu, Lökbatan qəs., S.Orucov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Şamaxı rayonu üzrə |
|||
|
22. |
Yusifov Sahib Abdulməmməd oğlu |
Şamaxı şəhəri, Y.Kələntərli küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Qazax rayonu üzrə |
|||
|
23. |
Nəbiyev Rəşad İmamqulu oğlu |
Çaylı kəndi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
24. |
Alıyev Elşən Qeys oğlu |
Çaylı kəndi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
Xaçmaz rayonu üzrə |
|||
|
25. |
Seyidov Zaur Buludxan oğlu |
Köhnə Xaçmaz kəndi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Balıqçılıq subyektlərində epizootoloji monitorinq keçiriləcək
Respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən balıqçılıq subyektlərində infeksion və invazion xəstəliklər üzrə epizootoloji vəziyyətin öyrənilməsi, xəstəliklərin erkən aşkarlanması və yayılma risklərinin müəyyənləşdirilməsi məqsədilə monitorinq aparılacaq. 5–9 oktyabr tarixlərində keçiriləcək tədbirlər balıqçılıq və akvakultura məhsullarının istehsalı, yetişdirilməsi və dövriyyəsi ilə məşğul olan, həmçinin beynəlxalq ticarətdə iştirak edən və ya belə imkanlara malik 26 təsərrüfatı əhatə edəcək. Monitorinq çərçivəsində balıqların həssas olduğu xəstəliklər üzrə klinik və epizootoloji müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Təsərrüfatlarda baytarlıq norma və tələblərinə əməl olunması vəziyyəti də nəzərdən keçiriləcək, sahibkarlıq subyektləri üçün maarifləndirici tədbirlər təşkil olunacaq. Epizootoloji vəziyyətə dair müvafiq məlumatlar təhlil ediləcək. Tədbirlərdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların mütəxəssisləri iştirak edəcəklər. Qeyd edək ki, balıq xəstəlikləri üzrə epizootoloji vəziyyətin mütəmadi öyrənilməsi balıqçılıq və akvakultura məhsullarının beynəlxalq ticarəti baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan nəticələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilən müvafiq hesabatlarda əks olunur.
Giriş