Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
14 Aprel 2023 11:23
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
13 aprel tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Masallı rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 13 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 1 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Maqsudov Müşfiq Həsrət oğlu |
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 22 |
İnzibati protokol tərtib edilib |
|
2. |
Nağıyev Sabir Malik oğlu |
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
3. |
Məmmədov Ramin Nazim oğlu |
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Hüseyn küçəsi 10 |
İnzibati protokol tərtib edilib |
|
4. |
Məmmədov Vaqif Ağanəzər oğlu |
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
5. |
Ələsgərov Əli Ələsgər oğlu |
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küç., ev 10D |
İnzibati protokol tərtib edilib |
|
6. |
Qarayev Əli İsfəndiyar oğlu |
Xətai rayonu, Sadıqcan küçəsi 15/2 |
İnzibati protokol tərtib edilib |
|
7. |
Fərzəliyev Vaqif Nadir oğlu |
Xətai rayonu, M.Hadi küçəsi 58 |
İnzibati protokol tərtib edilib |
|
8. |
Məmmədov Abdulla Rəşid oğlu |
Xətai rayonu, Ç.Kərimov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
9. |
Cabbarov Xəyal İsa oğlu |
Xətai rayonu, İ.Abbasov küçəsi, 4-cü dairə |
İnzibati protokol tərtib edilib |
|
10. |
Məmmədov Yavər Məmiş oğlu |
Xətai rayonu, İ.Zülfüqarov küçəsi 3 |
İnzibati protokol tərtib edilib |
|
11. |
Pənahəliyev Loğman Sahib oğlu |
Xətai rayonu, İ.Zülfüqarov küçəsi 110 |
İnzibati protokol tərtib edilib |
|
Abşeron rayonu üzrə |
|||
|
12. |
Məmmədov Vüsal Zülfü oğlu |
Sumqayıt şəhəri, 9-cu mkr |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
13. |
Məhəmmədli Ülvi Aydın oğlu |
Sumqayıt şəhəri, 9-cu mkr |
İnzibati protokol tərtib edilib |
|
Masallı rayonu üzrə |
|||
|
14. |
Kişiyev Sübhi Firudin oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş