Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
17 Aprel 2023 16:57

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
14 aprel tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Gədəbəy rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 11 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 6 məntəqədə kəsim qurğuları sökülüb, 1 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Məmmədov Emin Elxan oğlu |
Xətai rayonu, S.Ə.Şirvan küçəsi |
İnzibati protokol tərtib edilib |
2. |
İsmayılov Şıxəli Şıxəli oğlu |
Xətai rayonu, S.Ə.Şirvan küçəsi 9 |
İnzibati protokol tərtib edilib |
3. |
Mehdiyev İlham Surxay oğlu |
Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 |
İnzibati protokol tərtib edilib |
4. |
Süleymanov Seymur Rza oğlu |
Xətai rayonu, Babək prospekti 90 |
İnzibati protokol tərtib edilib |
5. |
Hümbətov Səbuhi Seymur oğlu |
Xətai rayonu, S.Ə.Şirvani küçəsi 12 |
İnzibati protokol tərtib edilib |
6. |
Abdurrahmanov Zaur Şahid oğlu |
Binəqədi rayonu, M.Cəlal küçəsi 127 |
İnzibati protokol tərtib edilib |
7. |
Hüseynov Fərman Nəriman oğlu |
Binəqədi rayonu, 6-cı mkr, Cavadxan küçəsi 9 |
İnzibati protokol tərtib edilib |
8. |
Hüseynov Səbuhi Nadir oğlu |
Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi 20, “Nur” ət dükanı |
İnzibati protokol tərtib edilib |
9. |
Qımrıyev Vidadi Şamil oğlu |
Binəqədi rayonu, 9-cu mkr, H.Babaşov küçəsi, ev 6 |
İnzibati protokol tərtib edilib |
10. |
Şirinov Rəfail Ələkbər oğlu |
Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsi 47 |
İnzibati protokol tərtib edilib |
Abşeron rayonu üzrə |
|||
11. |
İsmayılov Nazim Balahəsən oğlu |
Saray qəsəbəsi, L.Sadiq küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
12. |
Aslanov Asif Nüsrəddin oğlu |
Saray qəsəbəsi, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
Gədəbəy rayonu üzrə |
|||
13. |
İsmayılov Tural Daşqın oğlu |
Düzyurd kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
14. |
Hüseynov Vüsal Rafiq oğlu |
Düzyurd kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
15. |
Məmmədova Vəfa Adil qızı |
Miskinli kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
16. |
Əliyev Yəhya Müslüm oğlu |
Zəhmət kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
17. |
Cəfərov Yavər Paşa oğlu |
Zəhmət kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
18. |
Abdullayev Zöhrab Gündüz oğlu |
Zəhmət kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.