Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
18 Aprel 2023 17:19
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
17 aprel tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Masallı rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 17 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Quliyev Famil Yaşar oğlu |
Binəqədi rayonu, 8-ci mkr, Ş.Məmmədova küçəsi |
İnzibati protokol tərtib edilib |
|
2. |
Rəhimov Şükür Altay oğlu |
Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbəyov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
3. |
Qasımov Akif Asin oğlu |
Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsi 185B |
İnzibati protokol tərtib edilib |
|
4. |
Abdürəhmanov Racif Əvəz oğlu |
Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsi 143-153 |
İnzibati protokol tərtib edilib |
|
5. |
Mürşüdov Habil Sabir oğlu |
Binəqədi rayonu, 7-ci mkr |
İnzibati protokol tərtib edilib |
|
6. |
Əliyev Dağbəyi Rəfil oğlu |
Xətai rayonu, Telnov küçəsi 10 |
İnzibati protokol tərtib edilib |
|
7. |
Məmmədov Fərzalı İbrahim oğlu |
Xətai rayonu, Telnov küçəsi 18 |
İnzibati protokol tərtib edilib |
|
8. |
Məmmədov Zöhrab Şöhlət oğlu |
Xətai rayonu, Telnov küçəsi 19 |
İnzibati protokol tərtib edilib |
|
9. |
Mustafayev Bəhruz Eldar oğlu |
Xətai rayonu, Telnov küçəsi 19 |
İnzibati protokol tərtib edilib |
|
10. |
Məmmədov Sumbat Eyyub oğlu |
Xətai rayonu, Telnov küçəsi 19 |
İnzibati protokol tərtib edilib |
|
11. |
Rüstəmov Taleh Şükür oğlu |
Xətai rayonu, Telnov küçəsi 19 |
İnzibati protokol tərtib edilib |
|
12. |
Şirinov Seymur Məhərrəm oğlu |
Xətai rayonu, Telnov küçəsi 19 |
İnzibati protokol tərtib edilib |
|
13. |
Sadıqov Oruc Ruslan oğlu |
Xətai rayonu, Telnov küçəsi 19 |
İnzibati protokol tərtib edilib |
|
Abşeron rayonu üzrə |
|||
|
14. |
Cəmilzadə Pərviz Zahid oğlu |
Xırdalan şəhəri, 28-ci məhəllə |
İnzibati protokol tərtib edilib |
|
15. |
Əlvəndov Ələddin Rafiq oğlu |
Xırdalan şəhəri, 28-ci məhəllə |
İnzibati protokol tərtib edilib |
|
16. |
Dostuyev Bəhruz Akif oğlu |
Xırdalan şəhəri, 28-ci məhəllə |
İnzibati protokol tərtib edilib |
|
Masallı rayonu üzrə |
|||
|
17. |
İbayev Azad Əliş oğlu |
Masallı rayonu, 20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş