Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
19 Aprel 2023 11:37

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
18 aprel tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 12 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 1 məntəqədə kəsim qurğuları sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Kərimov Hafiz Mərdan oğlu |
Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Sulutəpə massivi |
İnzibati protokol tərtib edilib |
2. |
Süleymanov Elnur Zəhmət oğlu |
Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Sulutəpə massivi |
İnzibati protokol tərtib edilib |
3. |
Məmmədov Aydın Sədiyyə oğlu |
Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Sulutəpə massivi, Şamaxı küçəsi |
İnzibati protokol tərtib edilib |
4. |
Məmmədov Aqil Çingiz oğlu |
Binəqədi rayonu, Sulutəpə qəs., R.Allahverdiyev küçəsi |
İnzibati protokol tərtib edilib |
5. |
Bayramov Sərxan Ələsgər oğlu |
Xətai rayonu, Q.Nəbi küçəsi 2 |
İnzibati protokol tərtib edilib |
6. |
Mehdiyev Xaliq Baloğlan oğlu |
Xətai rayonu, Q.Nəbi küçəsi 2 |
İnzibati protokol tərtib edilib |
7. |
Novruzov Namiq Nazim oğlu |
Xətai rayonu, Q.Nəbi küçəsi 62-10 |
İnzibati protokol tərtib edilib |
8. |
Fərzəliyev Xəyal Bəxtiyar oğlu |
Xətai rayonu, Q.Nəbi küçəsi 4 |
İnzibati protokol tərtib edilib |
Abşeron rayonu üzrə |
|||
9. |
Məmmədov Vüsal Sahib oğlu |
Xırdalan şəhəri |
İnzibati protokol tərtib edilib |
10. |
Səfərli Səxavət Dəyanətdin oğlu |
Xırdalan şəhəri, V.Axundov küçəsi |
İnzibati protokol tərtib edilib |
11. |
Məmmədov Xəyal Rafael oğlu |
Xırdalan şəhəri |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
Xaçmaz rayonu üzrə |
|||
12. |
Kərimov Eyvaz Kərim oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
13. |
Əhmədov Murad Hakim oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.