Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
20 İyul 2023 17:39
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
18-19 iyul tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində və İsmayıllı, Masallı, Şamaxı rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 13 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
||
|
Bakı şəhəri üzrə |
|||||
|
|
Vəliyev Füzuli Nizami oğlu |
Binəqədi rayonu, 7 - ci mkr., S.S Axundov küçəsi |
İnzibati protokol tərtib edilib |
||
|
|
Qasımov Kamil Musa oğlu |
Binəqədi rayonu, 7 - ci mkr., A. Kunaybayev küçəsi 185B |
İnzibati protokol tərtib edilib |
||
|
|
Vəliyev Rasim İnqilab oğlu |
Binəqədi rayonu, 8-ci mkr.,İ. Dadaşov küçəsi 74 |
İnzibati protokol tərtib edilib |
||
|
|
Əliyev Zahid Xəlil oğlu |
Binəqədi rayonu, 8-ci mkr., İ. Dadaşov küçəsi 354 |
İnzibati protokol tərtib edilib |
||
|
İsmayıllı rayonu üzrə |
|||||
|
|
Comərdov Xalid Həbib oğlu |
İsmayıllı şəhəri, Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
||
|
Masallı rayonu üzrə |
|||||
|
|
Qubadov Sərdar Qurban oğlu |
Masallı rayonu, Boradigah qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
||
|
|
Abbasov Nizami Ağamusa oğlu |
Masallı rayonu, Boradigah qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
||
|
|
Cəfərov Siruz Pərviz oğlu |
Masallı rayonu, Boradigah qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
||
|
|
Qəniyev Məsləhət İsmayıl oğlu |
Masallı rayonu, Boradigah qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
||
|
|
Cəfərov Qasım Söhrab oğlu |
Masallı rayonu, Ərkivan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
||
|
|
Kəlbiyev Seymur Faiq oğlu |
Masallı rayonu, Ərkivan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
||
|
|
Niftullayev Atabəy Balabey oğlu |
Masallı rayonu, Ərkivan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
||
|
Şamaxı rayonu üzrə |
|||||
|
|
Osmanov Zakir Əmirağa oğlu |
Şamaxı şəhər, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
||
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Romada keçirilən Qlobal Konfransda Azərbaycanın aqrar-qida sistemi barədə məlumat verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə İtaliyanın paytaxtında “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir. Sentyabrın 22-də baş tutan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.
Bitkiçilik məhsullarının ixracı davam etdirilir
Payız ixrac mövsümü ilə əlaqədar Azərbaycanın xurma, nar, üzüm və digər bitkiçilik məhsullarının ixracı davam edir. İxrac edilən bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsul partiyalarına fitosanitar karantin baxışı keçirilir, müvafiq analizlərin aparılması üçün nümunələr götürülür və eynilik nəzarəti həyata keçirilir. Məhsul partiyalarının idxalçı ölkələrin, eləcə də beynəlxalq standartların tələblərinə uyğunluğu yoxlanılır. Müəyyən edilmiş tələblərə cavab verən məhsul partiyalarına fitosanitar sertifikat verilir və onların ixracına icazə verilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi idxal və ixrac əməliyyatlarının daha çevik, şəffaf və sahibkarlar üçün əlçatan şəkildə həyata keçirilməsi məqsədilə göstərilən xidmətləri tam elektronlaşdırıb. Daha ətraflı:
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş