Qanunvericiliyin tələblərini pozan bir sıra dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb
4 Noyabr 2024 17:10
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən istehlak bazarına nəzarət məqsədilə ictimai iaşə obyektlərində mütəmadi olaraq monitorinqlər həyata keçirilir.
Aparılan monitorinqlər zamanı Bakıda fəaliyyət göstərən bir sıra dönərxanalarda qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya-gigiyena norma və qaydalarına əməl olunmadığı aşkarlanıb, bəzilərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.
Yoxlama zamanı nöqsanlar müəyyən olunmuş iaşə obyektləri aşağıdakılardır:
1. Yasamal rayonu, H.Cavid prospekti və A.Sultanova küçəsinin kəsişməsində yerləşən "Kasap Dönər" MMC-yə məxsus “Kasap Dönər” dönərxanası;
2. Nizami rayonu, “Xalqlar dostluğu” metro stansiyasının çıxışında yerləşən, fiziki şəxs Sadıqov Faiq Xudaverdi oğluna məxsus “Dadlı” dönərxanası;
3. Nizami rayonu, Q.Qarayev prospekti 28 ünvanında yerləşən, fiziki şəxs Şəmiyev Taleh Mübariz oğluna məxsus “Pomidor” dönərxanası;
4. Nizami rayonu, Q.Qarayev prospektində yerləşən, fiziki şəxs Əhmədov Elməddin Mütəllib oğluna məxsus “Halal Dönər” dönərxanası;
5. Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs Salmanov Tariyel Hafiz oğluna məxsus “Tatti” dönərxanası;
6. Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs Quliyev Mehdi Kərim oğluna məxsus dönərxana.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş