Qaradağda fəaliyyət göstərən topdan satış ticarət obyektində plandankənar yoxlama aparılıb
18 Mart 2024 10:14
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocahəsən yolu, ev 57 ünvanında fəaliyyət göstərən “Fərmanoğlu” topdan satış ticarət obyektində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Yoxlama zamanı anbar sahədə üzərində Azərbaycan dilində etiket məlumatları qeyd edilməyən, həmçinin minimum keyfiyyət və təhlükəsizlik sənədləri mövcud olmayan “Натуральный Mед” əmtəə nişanlı bal məhsulunun satışının həyata keçirildiyi aşkarlanıb. Eyni zamanda məhsulun etiket məlumatlarında istehsalçı ilə bağlı məlumatların uyğunluq təşkil etmədiyi müəyyən olunub. Sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Sınaq nəticələrinə əsasən, nümunələrdə uyğunsuzluqlar aşkar edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş