Qəhvəyi mərmər bağacığı təhlükəsinə qarşı operativ tədbirlər: 1000-dən çox tikili təmizlənib
20 Noyabr 2025 11:53
Zaqatala və Balakən rayonlarında qəhvəyi mərmər bağacığına qarşı aparılan genişmiqyaslı tədbirlər bu il bölgədə zərərvericinin yayılmasının qarşısının alınmasında mühüm nəticələr verir.
Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən monitorinqlər çərçivəsində 10-dan çox kənddə 1 000-dən artıq yaşayış evi və tikili yoxlanılıb. Əsasən, qışlama üçün əlverişli olan çardaqlarda, tavanarası sahələrdə, köhnə tikililərdə və s. isti yerlərdə qrup halında yalnız yetkin fərdlər aşkarlanıb və məhv edilib.
Görülən tədbirlər sayəsində növbəti illərdə fındıq bağlarında yüz tonlarla məhsul itkisinin qarşısı alınıb. Bu isə hazırkı bazar qiymətləri ilə müqayisədə külli miqdarda iqtisadi itkinin qarşısının alınması deməkdir və geniş fındıq əkin sahələrinə malik olan Zaqatala və Balakən rayonlarının, ümumilikdə, bölgənin iqtisadi dayanıqlığı üçün strateji əhəmiyyət daşıyır.
Qəhvəyi mərmər bağacığı qışlama dövründə sığınacaq yerlərində qrup halında toplanır. Məhz bu dövrdə aparılan hədəfli mübarizə növbəti il üçün mümkün kütləvi artımın qarşısını alan ən təsirli müdafiə tədbiri hesab olunur. Qışlama mərhələsində həyata keçirilən məhvetmə prosesləri həm populyasiyanın azalmasına, həm də növbəti mövsümlərdə məhsuldarlığın qorunmasına mühüm töhfə verir.
Tədbirlərin səmərəliliyi nəzərə alınaraq, bölgədə ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş