Qəhvəyi mərmər bağacığına qarşı fitosanitar tədbirlər davam etdirilir
21 İyul 2026 10:09
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə fitosanitar nəzarət tədbirləri davam etdirilir.
Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi üzrə Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, eləcə də Samux rayonunun Zazalı və Çobanabdallı kəndlərində monitorinqlər aparılıb. Meyvə bağları və parklarda fitosanitar müşahidələr həyata keçirilib, feromon tələlər asılıb.
Bununla yanaşı, sakinlərə zərərvericinin yayılma yolları, mübarizə üsulları barədə ətraflı məlumat verilib, maarifləndirici çap materialları paylanıb.
Oxşar xəbərlər
Dövlət Proqramı qida təhlükəsizliyi üzrə kadr hazırlığını gücləndirəcək
Ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş 2027–2032-ci illər üçün Dövlət Proqramında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində ali təhsil üzrə kadr hazırlığının müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulur. Mövcud tədris proqramlarının təkmilləşdirilməsi və yeni fənn proqramlarının hazırlanaraq tədrisə başlanması planlaşdırılır. Məktəblərdə isə sağlam qidalanma və zoonoz xəstəliklərlə bağlı məlumatların dərsliklərə daxil edilməsi nəzərdə tutulur. Bununla şagirdlərin qida təhlükəsizliyi və sağlam qidalanma barədə məlumatlılığının artırılması hədəflənir.
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
AQTA-nın dövlət qulluğuna yeni qəbul olunan əməkdaşlarına təlim keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) dövlət qulluğuna yeni qəbul olunan əməkdaşlarına, habelə onların bilavasitə rəhbərlərinə “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda onlayn təlim keçirilib. Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan təlimdə korrupsiya anlayışı, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, ölkəmizdə korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər, eləcə də dövlət qulluqçularının etik davranış qaydaları və digər məsələlər barədə məlumat verilib. Təlimin sonunda korrupsiyaya qarşı mübarizə və dövlət qulluğunda etik davranış qaydaları mövzusunda iştirakçıların sualları cavablandırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş