Qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər davam etdirilir
25 Fevral 2026 17:52
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı qışlama ocaqlarının aşkar edilməsi və məhv edilməsi məqsədilə monitorinq tədbirləri davam etdirilir.
Monitorinqlər Balakən, Zaqatala və Qax rayonları ərazilərində həyata keçirilir. Bu çərçivədə zərərvericinin qışlama ehtimalı olan yaşayış evləri, yardımçı tikililər, anbarlar və təsərrüfat sahələri, eləcə də digər potensial sığınacaq yerlərinə baxış keçirilir. Aşkar edilən qəhvəyi mərmər bağacığı fərdləri mexaniki üsulla məhv olunur.
Eyni zamanda vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, zərərvericinin yaratdığı təhlükələr və düzgün mübarizə üsulları izah edilir, ictimaiyyətin bu prosesdə fəal iştirakının vacibliyi vurğulanır.
Monitorinq və maarifləndirmə tədbirləri məktəblərdə, uşaq bağçalarında, kənd icra nümayəndəliklərində və insanların kütləvi toplaşdığı digər ictimai məkanlarda da həyata keçirilir.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş