Qida allergiyası: Əlamətləri tanımaq həyati əhəmiyyət daşıyır - VİDEO
28 Avqust 2026 11:36
Qida allergiyası - immun sisteminin bəzi qidaların tərkibindəki zülallara qarşı həddindən artıq reaksiyası nəticəsində yaranan allergik vəziyyətdir. Qida allergiyası zamanı orqanizm müəyyən qida zülallarını təhlükə kimi qəbul edir və buna cavab olaraq allergik reaksiya inkişaf etdirir. Süd, yumurta, yerfındığı, qoz-fındıq, buğda, soya, balıq, dəniz məhsulları və küncüt allergik reaksiyalara daha çox səbəb olan qidalar sırasında yer alır.
Əsas əlamətlər arasında dəridə səpki və qaşınma, üz, dodaq və göz ətrafında şişkinlik, qarın ağrısı, qusma, ishal, nəfəs darlığı və başgicəllənmə qeyd olunur. Əlamətlər, adətən, allergen qidanın qəbulundan bir neçə dəqiqə sonra başlayır və əksər hallarda ilk iki saat ərzində özünü göstərir. Lakin reaksiyanın şiddəti insandan insana dəyişə bilər.
Bu vəziyyətin ən ağır formalarından biri anafilaksiyadır. Anafilaksiya həyati təhlükə yarada bilər və tibbi müdaxilə tələb edir. Əlamətlər müşahidə edildikdə vaxt itirmədən təcili tibbi yardım çağırılmalıdır. Qida allergiyasından qorunmaq üçün allergen qidalardan uzaq durmaq, məhsulların etiketlərini diqqətlə oxumaq və qidaların hazırlanması zamanı çarpaz çirklənmə riskini nəzərə almaq tövsiyə olunur.
Əlamətləri düzgün tanımaq və ağır allergik reaksiya zamanı vaxtında müdaxilə etmək həyat xilas edə bilər.
Daha ətraflı məlumat üçün:
Oxşar xəbərlər
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
AQTA sədri Gəncə və Göygöldə qida emalı müəssisələrinə baxış keçirib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gəncə şəhərində və Göygöl rayonunda yerləşən qida emalı müəssisələrinin fəaliyyəti ilə tanış olub. Baxış zamanı Gəncə şəhərinin Gülüstan qəsəbəsində fəaliyyət göstərən "Nurçin-2017" MMC-də, həmçinin Göygöl rayonunun Quşqara kəndində sahibkar Məzahir Balayevə məxsus müəssisədə qida məhsullarının emalı prosesi barədə məlumat verilib. Qida təhlükəsizliyi tələblərinin təmin olunmasının, eləcə də istehsal imkanlarının genişləndirilməsinin, tətbiq edilən texnologiyaların təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
“Demetria” MMC-yə məxsus istixana təsərrüfatında sağlamlaşdırma tədbirləri keçirilib
Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması və bitkiçilik məhsullarının fitosanitar təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini davam etdirir. Agentliyin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları “Demetria” MMC-yə məxsus istixana təsərrüfatına baxış keçiriblər. İxracı nəzərdə tutulan məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb. Virusun yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatda sağlamlaşdırma işləri aparılıb, müvafiq sanitariya və dezinfeksiya tədbirləri görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş