“Qida məhsullarında çirkləndirici maddələrin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”na dəyişiklik edilib
15 Yanvar 2024 14:30
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kollegiyasının “Bitki adı ilə adlandırılan yağlara dair minimum keyfiyyət və təhlükəsizlik tələbləri”nin, “Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya normaları və qaydaları”nın və “Qida məhsullarında çirkləndirici maddələrin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”nın təsdiq edilməsi barədə” 2020-ci il 18 dekabr tarixli 20 nömrəli Qərarında dəyişiklik edilib. Bununla bağlı AQTA-nın Kollegiyası tərəfindən Qərar qəbul olunub. Sənədə əsasən, 20 nömrəli Qərarla təsdiq edilmiş “Qida məhsullarında çirkləndirici maddələrin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”nın 1 nömrəli əlavəsinə müvafiq redaksiyada 4.3-cü bənd əlavə olunub.
Məlumat üçün bildiririk ki, Avropa Qida Təhlükəsizliyi Qurumu tərəfindən aparılan araşdırma zamanı rafinasiya prosesinin nəticəsi olaraq günəbaxan, qarğıdalı, zeytun, kokos, palma və digər bu kimi müxtəlif bitki yağlarında, balıq yağında və digər dəniz canlılarından alınan yağlarda müəyyən emal çirkləndiricilərinin yaranması ilə bağlı məlumatları ehtiva edən hesabat dərc olunub. Həmin hesabatda 2 emal çirkləndiricisinin: 3-monoxloropropandiol (MCPD) və onların yağ turşusu efirlərinin və qlisidil yağ turşusu efirlərinin (GE) yaranması, habelə bu maddələrin insan həyat və sağlamlığına zərərli təsirləri ilə bağlı məlumatlar öz əksini tapıb.
Qeyd olunanlara əsasən, qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırma məqsədilə Agentliyin Kollegiyasının müvafiq Qərarı ilə təsdiq edilmiş “Qida məhsullarında çirkləndirici maddələrin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”na dəyişiklik edilərək rafinasiya olunmuş müxtəlif bitki yağları, balıq yağı və digər dəniz canlılarından alınan yağlarda, habelə bəzi məhsullarda 3-monoxloropropandiol (MCPD) emal çirkləndiricisinin insan həyat və sağlamlığı üçün təhlükəsiz olan yolverilən maksimum həddi tənzimlənib.
Əlavə olaraq, bildiririk ki, bitki yağlarının rafinasiya prosesi zamanı yaranan digər emal çirkləndiricisi-qlisidil yağ turşusu efirlərinin miqdarı 2020-ci ildən tənzimlənir.
AQTA Kollegiyasının 20 nömrəli Qərarında dəyişiklik edilməsinə dair müvafiq sənədlə aşağıdakı fayla daxil olaraq daha ətraflı tanış ola bilərsiniz:
Oxşar xəbərlər
Heyvanların identifikasiyası niyə vacibdir? – Maarifləndirici çap məhsulları hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhəmiyyəti ilə bağlı maarifləndirici çap məhsulları hazırlanıb. Materiallarda heyvanların fərdi identifikasiyasının baytarlıq tədbirlərinin daha dəqiq və effektiv həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və yayılmasının qarşısının alınmasına imkan verdiyi qeyd olunur. Həmçinin heyvanların identifikasiyasının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirildiyi, fermer və sahibkarların bu məqsədlə AQTA-nın regional bölmələrinə və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) müraciət edə biləcəyi barədə məlumat verilir. Çap məhsulları fermerlər və təsərrüfat sahibləri arasında paylanılacaq və onların maarifləndirilməsi məqsədilə istifadə olunacaq.
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş